Əsas Səhifə > Manşet / Ölkə > "Avtobusda insan daşıdığınızı unutmusuz!"

"Avtobusda insan daşıdığınızı unutmusuz!"


Bu gün, 07:50

" "Bakubus" MMC həftənin şənbə günü 1 saat intervalla avtobus gəlir, onun da kondisioneri işləmir..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında hüquqşünas Səbuhi Axundov yazaraq gileylənir.

 Narazı vətəndaş daha sonra bildirir: "Sürücü deyir qış rejiminə keçiriblər, ancaq isti vurur... Nədi, siz "Azəristiliy"ə keçmisiniz? Havadakı istilik, 1 saatlı intervalnan gələn avtobusdakı sıxlıq və havasızlıq...

 Böyüklər cəhənnəm, uşaqlar sıxılırdı. 13 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobusda insan daşıdığınızı unutmusuz!!! Çünki rəhbərlik edənlərinizin heç biri avtobusa minmirlər. Toxun da acdan xəbəri olmur..."


Geri qayıt