Əsas Səhifə > Manşet / Sosial > "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..."
"Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..."Bu gün, 10:38 |
|
"SOCAR Neftqazelmitədqiqatlayihə insititutunda vəziyyət lap acınacaqlıdır. Burada ikili idarəetmə, işi bilməyənlərin vəzifədə olması, fəhlənin pulunu kəsib özlərinə əlavə yazmaqları və s. kimi problemlər aktualdır", "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında Səbuhi İmranlı adlı istifadəçi yazaraq gileylənir.
O daha sonra bildirir: "Bizdə verilən bonus 6-cı dərəcəli operatora 610 manat, adını-soyadını yaza bilməyənlərə 2.5-10 min manat.... Burada hansı ədalətdən danışmaq olar?
Fəxrəddin və Fazilin vaxtında necə idisə indidə elədir. Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara.
Elmi katib 10 il çölə çıxmayıb kabinetində siqaret çəkərək kabinetini alova verən elmi katib Vüqar müəllim 1 tonluq yükü araba ilə daşımaq istəməyən belində 5mm yırtığı olan operatora deyir ki get ayaqlarına qantel bağla turnikdən sallan. Bəs bunu AzTUnin rektoruna dedim elədi o sağaldı. Özü atasının 3 ya 7-si günü mərasiminə ezamiyyətdə olduğu üçün heç gəlmədi. Orada direktor gələnə qədər əvəzedici olan Mübariz müəllim adlı birisi deyirdi ki 700 manat maaş alan operator gecə çıxıb metanol spirti boşaldıb, o gecə çıxdığı pulu SOCAR-a bağışlasın.
Mənim 2 günümün pulunu Knyaz müəllim ilə Mübariz müəllim kəsdi... haramları olsun, heç sağ-salamat yeməsinlər.
Ağır yükləri araba ilə daşıtdırırlar. Nə qədər edirik avtokar təşkil etmirlər.
Kadrların rəisi Murad müəllimin etdikləri lap dəhşətlidir. Buranı rəsmən 8 ailə özəlləşdirib. Hamısı bir birinə qohumdurlar. Kənardan buraya mühəndis keçmək müharibədən sağ qayıtmaqdan dəfələrlə çətindir. Maliyyə işlər rəisi Knyaz müəllimi də unutmaq lazım deyil. Saxta keçirilən imtahanlar, yerdəyişmələr burada normal hal sayılır. Əvvəldən suallar və cavabları lazımlı namizədə verilir. Burada "başdan xəstə" adamları qohumluğa görə mühəndis işləyir. Amma normal ali təhsilli olanlar mühəndis ola bilmirlər.
Bağır müəllim o qədər işçinin haqqına girdi heç pensiyaya çıxıb 1 ay yaşamadı. Təcrübə-sınaq şöbəsinin rəisi Eldar müəllim və komandası lap biabırçılıq edirdilər..."
Geri qayıt |