Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR
Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURURBu gün, 12:23 |
|
Yasamal rayon İcra Hakimiyyəti səkinin zəbt edilməsi ilə bağlı üç ildir edilən şikayətə baxmır. Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Fimar Asimqızı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, üç ildir Yasamal rayon İcra Hakimiyyətinə səkiyə düzülən meyvə-tərəvəzin yığışdırılması ilə bağlı davamlı müraciətlər etsə də, indiyədək heç bir tədbir görülməyib. Jurnalist paylaşımında məsələ ilə bağlı narazılığını belə ifadə edib: “Deməli, üç ildir şikayət edirəm, Yasamal rayon İcra Hakimiyyəti bu meyvə-tərəvəzi piyada yolunun üstündən – səkidən yığışdırıb 5 metr arxaya çəkdirmir. Nə bahalı sövdələşməymiş, qardaş?”. Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.
Geri qayıt |