Əsas Səhifə > Manşet / Hadisə > ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..."
""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..."Bu gün, 09:21 |
|
"Şikayətim "Kontakt Home" mağazasındandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabın Nahid Həsənli adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndşa daha sonra bildirir: "27 sentyabr tarixində "Sahil" filialından printer almışıq. Anbarda olduğu üçün ünvana çatdırılma istəmişik. 29 sentyabr axşamüstü təhvil verilib,30 sentyabr məktəbin IT mütəxəssisi qoşmağa çalışdı və məlum oldu ki printer işləmir. 1 Oktyabr məhsulu aldığımız filiala apardım və filialın eksperti 1 saat üzərində çalışdı və printerin zavod defekti olduğunu bildirdi və dəyişdirə biləcəklərini dedi, amma öncə servisə getməlidir ki mütəxəssis rəy versin. Həmin gün "Reset" servisin Qarayev filialına aparmışam, qeydiyyatda hər şeyi ətraflı danışmışam və yeni printer ilə əvəz edilməsini demişəm. 13 gün keçəndən sonra servis zəng edib ki bəs printerin içərisində nəsə bant yoxdu 29 azn ödəniş edin onu yerinə qoyaq ,mən də bildirdim ki, printeri servisə verərkən yenisi ilə dəyişdirilməsini istəmişəm mənə təmir lazım deyil.
1 həftədən çoxdur ki hər gün zəng edirik... eyni nağılı oxuyurlar. Antiinhisara da şikayət etmişəm... baxan yoxdur..."
Geri qayıt |