Əsas Səhifə > Manşet / Ölkə > Cəlilabadda ÖZBAŞINALIQ...
Cəlilabadda ÖZBAŞINALIQ...27-10-2026, 10:45 |
|
Onun sözlərinə görə, 2001-ci ildən Cəlilabad rayon Mədəniyyət Evində çalışan Dövlətov 2025-ci ildə heç bir əsaslı səbəb göstərilmədən vəzifəsindən azad edilib. Şikayətçi bu qərarın Mədəniyyət Evinin rəhbəri Fuad Əzizov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbəri Dadaş Muxtarlının iştirakı ilə verildiyini iddia edir. Fizuli Dövlətov bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət etsə də, indiyədək şikayətinin lazımi qaydada araşdırılmadığını düşünür. O, işdən çıxarılma qərarını qərəzli və ədalətsiz hesab etdiyini vurğulayaraq aidiyyəti qurumlara yenidən müraciət edib. Şikayətçi baş verənlərin araşdırılmasını, hüquqlarının bərpa olunmasını və əvvəlki işinə qaytarılmasını xahiş edir. Geri qayıt |