Əsas Səhifə > Manşet / Sosial > Elm və Təhsil Nazirliyində milyardlıq yeyinti: Əmrullayev yola salınır?
Elm və Təhsil Nazirliyində milyardlıq yeyinti: Əmrullayev yola salınır?28-10-2026, 10:21 |
|
Azərbaycanın təhsil sistemində növbəti ciddi maliyyə pozuntuları və qanunsuzluqlar aşkar edilib. Hesablama Palatasının (HP) Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) apardığı kompleks yoxlamalar qurumun fəaliyyətində son dərəcə ciddi nöqsanların və qanun pozuntularının olduğunu üzə çıxarıb. "DİA-AZ" nocommentaz-a istinadən xəbər verir ki, Hesablama Palatasının apardığı araşdırmalar zamanı məlum olub ki, kiçik qurumların bu cür miqyaslı qanun pozuntularına yol verməsi birbaşa Elm və Təhsil Nazirliyinin (ETN) öz tabeliyindəki qurumların işinə nəzarəti tamamilə itirməsinin və ya göz yummasının nəticəsidir. Ekspertlər haqlı olaraq sual edirlər: Görəsən, nazirlik niyə tabeçiliyində olan agentliyin fəaliyyətinə uzun müddət nəzarət etməyib? Bu, açıq-aşkar səriştəsizlikdən, yoxsa məsuliyyətsizlikdən və cılız şəxsi maraqlardan qaynaqlanır?
İctimaiyyətdə və ekspert dairələrində isə artıq daha sərt suallar səsləndirilir: Təhsil sistemini bürüyən bu qədər korrupsiya bataqlığı, milyardlarla vəsaitin talanması və nəzarətsizlik fonunda baş verənlər, təhsil naziri Emin Əmrullayevin də aqibətini sual altında qoyurmu? Ölkənin bir nömrəli sahəsində hökm sürən bu qədər nöqsanlar və maliyyə skandalları nazirin sonunu gətirə bilərmi? Əgər Hesablama Palatası birbaşa Elm və Təhsil Nazirliyinin özündə və digər agentliklərində genişmiqyaslı reydlər və yoxlamalar apararsa, ortaya çıxacaq ciddi mənzərə qarşısında məsuliyyəti kim daşıyacaq?
Geri qayıt |