Əsas Səhifə > Manşet / Siyasət > Əlilin dərman puluna da TAMAH SALIRLAR...

Əlilin dərman puluna da TAMAH SALIRLAR...


30-10-2026, 04:58

"Mənim atam sağlamlığı qaydasında olanda"Kapital bank"dan kredit götürmüşdü və normal ödəniş edirdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Hümbət Namazəliyev adlı istifadəçi yazaraq gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Sonradan ağır dərəcədə xəstələndiyi üçün 1-ci qrup əlillik təyin edildi. Müddətsiz .. və "Kapital bank" da heç bir əsaslı səbəb olmadan, icra və məhkəmə qərarı olmadan aylıq təqaüdün 100%-ni tutur. Bu nə dərəcədə qanuna uyğundur ?...

Dərman almağı üçün 5 manat nədir belə pul saxlamırlar kartda..."


Geri qayıt