Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvanda Talıbovdan sonra İŞ YERLƏRİ SÜRƏTLƏ AZALIR...
Naxçıvanda Talıbovdan sonra İŞ YERLƏRİ SÜRƏTLƏ AZALIR...30-10-2026, 12:08 |
Naxçıvandakı Səlahiyyətli Nümayəndəliyin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında muxtar respublikada 1004 yeni iş yeri yaradılıb.Bu, ötən ilin eyni dövründən 371 iş yeri və ya 59 faiz çoxdur.
Açıqlamada iş yerlərinin 697-sinin qeyri-dövlət, 307-sinin dövlət sektorunda açıldığı bildirilir. Bunlardan 852-si yeni fəaliyyətə başlayan müəssisə və təşkilatlarda, 152-si isə mövcud müəssisələrdə yaradılıb. “Naxçıvan Regional DOST Mərkəzi”ndə 43, “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-də isə 223 iş yerinin açıldığı qeyd olunur.
Yerli sakinlərdən daxil olan şikayətlərdə isə fərqli mənzərə təsvir edilir. İş axtaranlar mövcud iş yerlərinin bağlandığını, yenisini tapmaqda çətinlik çəkdiklərini deyirlər. Onların sözlərinə görə, məşğulluq qurumlarına müraciətləri də nəticəsiz qalır — boş iş yeri olmadığı cavabı ilə geri qaytarılırlar.
Rəsmi məlumatda həmin dövrdə neçə iş yerinin bağlandığı və yaradılan iş yerlərinin neçəsinin hazırda vakant olduğu göstərilmir.
"DİA-AZ" xatırladır ki, rəsmi qaynaqlardan fərqli olaraq əsasən Vasif Talıbovun gedişindən sonra Naxçıvanda iş yerləri, əmək şəraiti və maaş fərqləri ilə bağlı ciddi sosial-iqtisadi narazılıqlar və şikayətlər mövcuddur.
Bu bir faktdır ki, Naxçıvanda Vasif Talıbovdan sonra minlərlə iş yeri bağlanıb. Buna görə də, talıbovdansonrakı dönəmdə MR-nı 25 mindən artıq adamın Türkiyə və digər ölkələrə iş arxasınca getdiyi də söylənilir. Geri qayıt |