Əsas Səhifə > Reklam / Güney Press > Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstəribBu gün, 10:12 |
|
Bu ilin yanvar-sentyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,7 milyon sərnişinə xidmət göstərib. "DİA-AZ" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev məlumat verib. Onun sözlərinə görə, Bakı 42 aviaşirkət vasitəsilə 77 istiqamətlə əlaqələnib. AZAL-ın "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) 282 mindən çox uçuşa xidmət göstərib, tranzit uçuşların sayı isə 15 % artıb. Geri qayıt |