Əsas Səhifə > Reklam / Manşet / Güney Press > "Yaxşı fırıldaq yolu tapıblar..."

"Yaxşı fırıldaq yolu tapıblar..."


Bu gün, 05:55

"Nömrəm "Azercell"dədir... bir neçə həftə olar ki, nömrəmdən abunə haqqı tutulur. Guya xəbər saytlarından xəbərlərə abunə olmuşam..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rufanə Bağırova adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Bilmək istəyirəm, bunu "Azercell"ə bildirmişəm... deyirlər ki, "infocell" xidmətidir. Kod dedilər, yazdım bağlanmadı. Zəng etdim, dedilər, "bağlancaq, narahat olmayın.." infocell xidmətindən.. Yenə də heç bir dəyişiklik yoxdur.

Mənə maraqlıdır, bunlar niyə bir-birinin üstünə atır bu problemi. "Azercell" abunəliyə niyə müdaxilə edib bağlaya bilmir? Elə hey kontur çıxır... Yaxşı fırıldaq yolu tapıblar..."


Geri qayıt