Əsas Səhifə > Üst manşet / Güney Press > Burada müştərini nəzərə alan yoxdur

Burada müştərini nəzərə alan yoxdur


Bu gün, 07:01

"Şikayətim "İrşad Electronics" barədədir..." "DİA-AZ" xəbər verir ki, bu barədə Hakim Quliyev adlı sosial şəbəkə istifadəçisi öz paylaşımında yazaraq gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Belə ki, elektrik sobası alınıb... 6-cı günündə məhsulun iç şüşəsi heç bir təmas olmadan işlədiyi vaxtda partladı. Ertəsi günü apardım filiala... dedilər ki, "Xətai"yə servisə aparmalısınız.
Daha sonra filialdakı əməkdaşa apara bilməyəcəyimi dedim. Özlərinin göndərməsini tələb etdim.
Məhsul servisə getdikdən sonra 14 iş günü keçməsinə baxmayaraq mənə nə bir zəng, nə də bir məktub gəlmədi... dəfələrlə özümün zəng vurmağıma baxmayaraq bir nəticə vermədi. Hər dəfə uzadırlar, ən son mən zəng etdikdən sonra mənə dedilər ki, 30 manat ödəniş edin təmir edək. 
Qanunvericiliyə görə 14 gün ərzində heç bir məlumat verilməyibsə, artıq məhsul dəyişməlidir və ya pulu qaytarılmalıdır. 
Bunu bildirdikdən sonra isə yenə də səssizliyə çəkildilər..."


Geri qayıt