Əsas Səhifə > Üst manşet / Güney Press > "Başqa model məhsul göndərilib"

"Başqa model məhsul göndərilib"


Bu gün, 05:07
" "BirMarket" platformasında qarşılaşdığım problemlə bağlı ictimaiyyətin diqqətini çəkmək istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sanif Hüseyin adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "27 sentyabr 2026-cı il tarixində “UZI” adlı satıcıdan 50 manat dəyərində, 8 başlıqlı Kahn_0107 model masaj aparatı sifariş etmişəm. Lakin 1 oktyabrda mənə sifariş etdiyim məhsul əvəzinə 4 başlıqlı, başqa model məhsul göndərilib.
Həmin gün məhsulun geri qaytarılması üçün sorğu yaratmışam. 4 oktyabrda məhsulu təhvil məntəqəsinə təhvil vermişəm, 5 oktyabrda isə məhsul yoxlanılması üçün qəbul edilib. Bu gün, 12 oktyabr tarixinə qədər hələ də heç bir nəticə barədə məlumat verilməyib.
Qeyd edim ki, məhsulun qutusu açılmayıb və məhsul istifadə edilməyib. Sifariş etdiyim və mənə göndərilən məhsulların şəkillərini də paylaşımda təqdim edirəm.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Eyni zamanda, “UZI” adı ilə satış edən satıcının hüquqi kimliyinin və fəaliyyətinin araşdırılmasını xahiş etmişəm.
BirMarket rəhbərliyindən məsələyə aydınlıq gətirilməsini, geri qaytarılma prosesinin nəticəsinin bildirilməsini və istehlakçı hüquqlarının qorunmasına diqqət yetirilməsini gözləyirəm..."


Geri qayıt