Əsas Səhifə > Üst manşet / Güney Press > ABB özündən HOQQA ÇIXARIR...

ABB özündən HOQQA ÇIXARIR...


Bu gün, 00:51

"Şikayətim ABB bankdandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nəsir Bağırov adlı istifadəçi yazaraq gileylənir.

Yuxarıdakı fotonu paylaşan narazı vətəndaş daha sonra bildirir: "Göründüyü kimi sentyabr ayında və öncəsində eyni qaydada, hətta eyni filiala etdiyim ödəniş və verilən keşbek, bu ay necəsə olur "hesablanmır", səbəb isə kredit ödənişi olması imiş, məgər keçmiş aylarda kredit deyildi, bu aydan kredit oldu ?

Müştəri xidmətlərinə şikayət də etmişəm, şablon cavab, araşdırılacaq...

Göründüyü kimi, keşbek kateqoriyasının açıqlama bölməsində bir sıra qurumların adı yazılıb və sonda 'və s.' yazılıb, yəqin ki 'və s.' özümüz təxmin etməliyik və ya dua etməliyik ki, ödədiyimiz yerə inşallah tutar, üstəlik spesifik heç bir şey yazılmayıb, məsələn 'kredit ödənişlərinə hesablanmır'.."


Geri qayıt