Əsas Səhifə > Üst manşet / Güney Press > Burda iynələri xəstələrə satırlar

Burda iynələri xəstələrə satırlar


Bu gün, 05:52

Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı Maştağa Xəstəxanasının doğum şöbəsi ilə bağlı şikayət var.

Bizimesr.info bildirir ki, şikayətçilər iddia ediblər ki, xəstəxanada həyata keçirilən keysəriyyə əməliyyatları zamanı anesteziya iynələrinin və digər preparatların xəstənin öz hesabına alınması tələb olunur.

Onların sözlərinə görə, tələb olunan tibbi vasitələr xəstəxanada mövcud olsa belə, əməliyyatdan əvvəl xəstə yaxınlarından həmin vasitələri almaqları istənilir.


Geri qayıt