Əsas Səhifə > Üst manşet / Güney Press > Sonuncu dəfə avqustda maaş alıblar
Sonuncu dəfə avqustda maaş alıblarBu gün, 06:19 |
|
"SOCAR AQŞ MMC-nin benefisiar (əsas mülkiyyətçisi) sahibi kimdir?" "DİA-AZ" xəbər verir ki, bu sualı özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra fikrini belə davam etdirir: "SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev və kommersiya direktoru Kevin Marr ölkənin Əmək Məcəlləsini mütamadi pozmaqda davam edir və hələ də cəzasızdırlar. Sonuncu dəfə əmək haqqını avqust ayında alan işçilər çətin durumdadırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini etməli olan( maddə 15) Dövlət Əmək Müfəttişliyi Xidməti isə susur və səbəbi də ki,yəqin ki nepotizmdir.
Çarəsiz vəziyyətə düşən işçilər deyir ki nə edək Allahın da səbri tükənmir ki, belələrinə bəla versin..."
"DİA-AZ" qeyd edir ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları aşağıdakı kimidir:
SOCAR-13.38% , ✅#NobelOilLtd., - 73.77% ,
Abşeron Qazma MMC -12.85%...
Geri qayıt |