Əsas Səhifə > Üst manşet / Güney Press > Bu suda İNCİ SAFLIĞI yoxdur...

Bu suda İNCİ SAFLIĞI yoxdur...


Bu gün, 05:46

"Şikayətim İnci Su-dandır. Utanmaz-utanmaz suyun qiyməti 3 manat yarım ediblər... Amma söz verdikləri kimi deyil, sonuncu dəfə bidonlar pis gündə idi, sanki palçığa batırıb gətiriblər..." "DİA-AZ" xəbər verir ki, bu barədə Nicat Rüstəm adlı sosial şəbəkə istifadəçisi öz postunda yazaraq gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "WhatsApp-larına yazdım məlumat verdim, daha sonra təmiz gətirdilər. İndi də şənbə günü səhər tezdən 3 ədəd bidon sifariş etdim, dedilər həmin günü günün sonuna kimi gətirəcəklər, bazar gün oldu, heç bir xəbər yoxdur, hətta əlaqə saxlayıb üzrxahlıq da etməyiblər. İndi deyin görüm 3 manatlıq su ilə 3 manat yarımlıq su sifarişi arasında nə fərq var?"


Geri qayıt