Əsas Səhifə > Üst manşet / Güney Press > Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI

Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI


Bu gün, 05:20

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilən Bəxtiyar Əsgərovun yerinə nümayəndəliyin məsləhətçisi, eyni zamanda, Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun qeyri-rəsmi sürücüsü funksiyasını yerinə yetirən Abbas Muxtarzadənin təyinatı ətrafında diqqətçəkən iddialar var.

Mia.az-ın əldə etdiyi məlumata görə, yeni nümayəndə təyin olunan Abbas Muxtarzadə ilə bağlı əmr xəbərinin üzərindən 8 gün ötsə də, hələ də nümayəndəliyin rəsmi saytında onun adı deyil, əvvəlki rəhbər Bəxtiyar Əsgərovun adı rəhbər kimi göstərilir (http://ndn.org.az/autobiography.php).

İkinci digər maraqlı məsələ Abbas Muxtarzadə ilə bağlı sərəncam Naxçıvan Nazirlər Kabinetinin rəsmi saytına hələ də yerləşdirilməyib, yaxud da oradan sonrdan götürülüb...(Fakt aşağıdakı fotoda - mia.az).

Üçüncü məsələ isə Abbas müəllimin sosial media səhifələrində təyinatla bağlı rəhbərliyə hər hansı bir minnətdarlıq paylaşımı yoxdur. Və üstəlik, Feysbuk-dakı səhifəsində təyinatıyla əlaqədar təbrik yazanlara cavab reaksiyası da bu yazıyadək olmayıb.

Hər iki halda ortaya haqlı sual çıxır: məlumat niyə rəsmi saytlarda yer almayıb? Və Abbas Muxtarzadə niyə susur? Yaxud, A.Muxtarzadə hazırda nümayəndəlikdəki rəhbərə aid xidməti otaqda əyləşirmi?!

Bütün bunlarla yanaşı, nümayəndəliyin strukturunda da dəyişiklk planlanıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, Abbas Muxtarzadə özünə yaxın şəxslərin vəzifədə saxlanılması üçün onların sənədlərini yuxarı rəhbərliyə təqdim edib(Bu barədə növbəti yazımız olacaq-mia.az).

Bu və ya digər suallarla bağlı Abbas Muxtarzadəyə "Facebook"dakı profili üzərindən sorğu vermişik. Cavabı yazıya əlavə edəcəyik.

Abbas Muxtarzadə  fotoda əlində gül tutan şəxsdir.


Geri qayıt