|
Laçın rayon sakini İlqar Məmmədov 30 ildən artıqdır ki, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ağır və şəraitsiz vəziyyətdə yaşadığını bildirir.;> "DİA-AZ" xəbər verir ki, şikayətçinin sözlərinə görə, bütün bu illər ərzində çətin yaşayış şəraitinə məcburiyyətdən dözməli olub. Artıq işğaldan azad edilmiş doğma torpaqlara qayıtmaq imkanı yarandığı üçün o da ata-baba yurduna dönmək istəyir.;> İlqar Məmmədov qeyd edir ki, ailəsi Xocalı rayonunun Ballıca kəndində qeydiyyata alınsa da, hələ də həmin kəndə köçürülməyib. Onun sözlərinə görə, hazırda yaşadıqları ərazidə içməli su kimi ən vacib ehtiyaclardan biri belə təmin olunmayıb.Vətəndaş aidiyyatı dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını, köçürülmə məsələsinə aydınlıq gətirilməsini və doğma yurda qayıdışına köməklik göstərilməsini xahiş edir.;>
Geri qayıt
|