Əsas Səhifə > Üst manşet / Güney Press > NDU nazirin qaynı ilə İŞ BİRLİYİNDƏ
NDU nazirin qaynı ilə İŞ BİRLİYİNDƏBu gün, 05:28 |
|
Naxçıvan Dövlət Universitetinin Patologiya laboratoriyası üçün 246 min manatlıq avadanlıq alqısı vergi borcu olan şirkətə həvalə olundu Naxçıvan Dövlət Universiteti tədris və elmi-tədqiqat bazasının gücləndirilməsi məqsədilə keçirdiyi növbəti satınalma müsabiqəsinə yekun vurub. 32gun.az-ın əldə etdiyi məlumata görə, ali təhsil müəssisəsi Naxçıvan Dövlət Universitetinin Patologiya laboratoriyası üçün avadanlıqların satın alınması ilə bağlı "VİVA MEDİCAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamağa hazırlaşır. İmzalanması nəzərdə tutulan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 245.899,96 AZN (təqribən 246 min manat) təşkil edir.12.6 min manatlıq vergi borcu və laboratoriya avadanlıqları 32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, qalib elan edilən "Viva Medical Group" MMC-nin dövlət büdcəsinə 12.617,88 AZN məbləğində vergi borcu mövcuddur.
Tenderin texniki şərtlərinə əsasən, ayrılan vəsait hesabına universitetin Patologiya laboratoriyası üçün təşrih alətləri dəsti, elektrikli autopsiya mişarı və ekstraktoru, autopsiya-disseksiya masası (minimum 2500 mm), dizlə və ya sensorla işləyən əlüzyuyanlar, alətlər yığmaq üçün təkərli metal stollar, paslanmaz metaldan qeydiyyat stolu, yuyula bilən xərək, müxtəlif ölçülü toxuma və bioloji material qabları, eləcə də digər tibbi ləvazimatlar və qoruyucu vasitələrin alınması təmin ediləcək.
2022-ci ildə yayımlanan bir araşdırmada “VIVA MEDICAL GROUP” MMC də daxil olmaqla bir neçə şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinmişdi.
Geri qayıt |