
“Bu gün nə Canəli Əkbərov, nə də Səməd Səmədov yaşayır ki, Əliyə cavab versin. Onlar həyatda yoxdurlar. Əli Mirəliyev nə qədər istəyirsə danışsın. Mən cavab verərdim, amma istəmirəm ki, onun səviyyəsinə enim. Heç kimi məhkəməyə vermək də istəmirəm”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, mərhum sənətkar Səməd Səmədovun xanımı İradə Qasımova deyib.
O daha sonra əlavə edib:
“Əli həmişə Səmədlə dostluq edirdi. O qədər evimizə gəlib-gedib ki.. Özü də hansısa verilişdə olanda deyib ki, “Səmədin evində o qədər düşbərə yemişəm ki”.. O qədər evimizdə qonaq olub ki.. Əlinin danışıqları mənim üçün gülməlidir. Camaatın o qədər dərdi var ki.. Əli, sən dəlisən, nəsən ki, oturub belə söhbət edirsən?! Səmədi guya efirə buraxmayıblar, guya qadağada olub.. Yekə kişisən, bir ayağın gordadır, elə iz qoy ki, sənin arxanca pis söz danışmasınlar, ay Əli.. Bir adam da yoxdur ki, onun qabağını alsın. Belə olmaz axı. Kimə çatır daş atır, kimə çatır qəlbinə dəyir.. Ruhəngiz Musəvi ilə birlikdə çalışıb, “Dan ulduzu” ansamblında işləyiblər. Onun da xətrinə tez-tez dəyir. Mən əvvəl əsəbləşirdim. Sonra gördüm ki, elə adamların arxasınca danışırlar ki.. Səməd indi sağ olsaydı deyərdi ki, “antireklam da reklamdır, danış ay Əli, sən məni gündəmə gətirirsən”. O belə insan idi” deyə xanımı bildirib.
Əli Mirəliyev açıqlamasında bildirib ki, Xalq artisti Canəli Əkbərov və Səməd Səmədova efir qadağası qoyulub.
























