
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatları olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.
Belə ki, Sənan Heydərli TƏBİB-də Layihələrin idarə edilməsi şöbəsinin müdiri, Lətif Lətifli isə Rəqəmsal kommunikasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, S.Heydərli bundan əvvəl Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində Strateji planlaşdırma, innovasiya və layihələrin idarə edilməsi şöbəsinin müdiri, daha əvvəl isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Layihələrin idarə edilməsi şöbəsinin müdiri və baş məsləhətçi vəzifələrində çalışıb.
L.Lətifli isə bundan əvvəl özəl şirkətlərdə Əməliyyatlar, marketinq və satış üzrə direktor vəzifəsində, rəqəmsal marketinq mütəxəssisi vəzifəsində işləyib.























