
“İradə xanım mənim əziz dostumdur. Mən onların evinin ən əziz qonağı olmuşam, çörək kəsmişəm. Səməd mənim yaxın dostum olub. Səməd sağlığında da özü mənə deyirdi ki, “sən mənim adımı çəkməsən toylarım azalır”. Mən necə İradəni başa salım ki, antireklam özü də reklamdır. İradə bunu bilmir axı. Bir adama deyirsən ki, sənin əlindən bu iş gəlmir. O da deyir ki, “sən mənim adımı çək, işim çoxalacaq”. Millət bu gündədir. Səməd özü hətta Cavanşir Məmmədova deyirdi ki, “Əliyə denən adımı çəksin, o mənim adımı çəkəndə toylarım çoxalır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
Əli Mirəliyev deyir ki, hətta onunla süni qalmaqal etmək üçün müraciət edən sənət adamları da var:
“100 dəfə müraciət edirlər. Camaat mənə pul verir ki, efirdə yıx sürü. Sifarişlər çoxdur. 20 ildir ki, bu sifarişləri qəbul edirəm. Deyirəm ki, axı sən oxuya bilirsən, deyir ki, “sən məni yıxıb sürüyəndə daha çox sifarişlər gəlir”. Yalvarıb-yaxarırlar. Antireklam özü ən böyük reklamdır. Deyirlər ki, filankəs pis insandır. O insanın reklamı o dəqiqə artır. Bu dəqiqə yaxşılara baxan yoxdur. Mən danışıram, bunlar bir az da qoyurlar üstünə. Eyni şeyləri nə qədər demək olar. Artıq ağzım əyilib” deyə müğənni bildirib.
























