
Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.
"DİA-AZ" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib:
"Aktyor Rəşad Səfərovun halı günorta saatlarında, dərs vaxtı qəfildən pisləşib. Buna səbəb şəkərinin 400-ə qədər qalxması olub. Rəşad müəllimin şəkəri var. Həyat yoldaşı ilə danışdım, bildirdi ki, ürəyində küt ağrılar hiss edib və huşu özündə olmayıb. Xəstəxanaya uşaqları aparıblar. Hazırda müalicə alır. İki-üç gün həkim nəzarətində olmalıdır. Sistem köçürülür. İlkin diaqnoz ürəyi ilə bağlı problemdir, oksigen çatışmazlığı var".
























