
"Mən sənin qayğına hələ uşaq ikən möhtac idim, ata. Sən isə mənə ən çox lazım olduğun vaxtlarda yox idin..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Rəqsanə İsmayılova dünən dünyasını dəyişmiş atasını yad edərək paylaşıb.
Müğənni daha sonra bildirir: "Mən böyüdüm, amma içimdə həmişə sənin sevgini gözləyən o balaca qız qaldı.
İndi sən yoxsan. Nə səni gözləmək olur, nə də içimdə qalanları sənə demək...
Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim, amma sən mənim üçün həmişə ata olaraq qalacaqsan.
Mən sənin yoxluğuna yox, heç vaxt yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram.
Allah rəhmət eləsin, ata..."
























