
"Problem ayrı və fərqli tərəflər olanda yaranır! Hər iki tərəf haqlı ola bilməz, onda problem həll olunmur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış sənət adamı Rza Drakon qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Problemi həll etmək üçün bir tərəfi haqsız vəziyyətə salmaq lazımdır.
Heç kim öz tərəfinin haqsız duruma düşməsini istəməz — Türkiyə və Azərbaycan kimi!
Ortada iki tərəf yox, bir tərəf var:
Çünki Türkiyənin tərəfi Azərbaycandır, Azərbaycanın tərəfi Türkiyədir.
Türkiyə Azərbaycan tərəfini, Azərbaycan da Türkiyə tərəfini daima möhkəmləndirməlidir!
Bizə başqa tərəflər lazım deyil. Tərəzinin bir gözündə Türkiyə var, bir gözündə Azərbaycan!
Türkiyə ilə Azərbaycan olan “tərəzidə” başqalarına yer yoxdur!"
























