“Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                 

"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Tarix: 27-02-2025, 15:32 | Çap et
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş
Azərbaycanda xəstəxana laboratoriyalarının nəticələri arasında fərq və uyğunsuzluq problemi hələ də aktual olaraq qalır. Ciddi xəstəliklərdə sadə analiz səhvi onlarla insanın həyatı üçün ciddi təhlükə yaradır.
Bakupost.az xəbər verir ki, özəl klinikaların birinə kəskin appendisit diaqnozu ilə qəbul edilən xəstə elə həmin gün “Yaşam” klinikasında verdiyi analizin nəticəsi əsas götürülərək, əməliyyata hazırlanıb. Lakin hər ehtimala qarşı, əməliyyatdan öncə xəstədən yenidən analiz götürülüb. Analiz nəticəsində pasiyentdə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyinin olması ilə bağlı şübhə yaranıb. Qadının yanvarın 13-də “Yaşam” klinikasında verdiyi HİV ekspress testlərinin nəticələri isə neqativ imiş.
Bu hadisə həmin xəstənin əməliyyatında texniki işçi kimi iştirak edən Murad Əkbərova sarsıdıcı zərbə vurub. Belə ki, əməliyyat zamanı kameranı götürərkən ehtiyatsız davranan Murad Əkbərovun əlinə iynə batıb və qanayıb. Laboratoriyadan QİÇS-lə bağlı şübhli cavab gəldikdən sonra klinika rəhbərliyi işçinin, eləcə də pasiyentin qan nümunəsini Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərib.

"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş

Yanvarın 14-də Mərkəzdən verilən cavabda pasiyentin potensial QİÇS daşıyıcısı olduğu təsdiqlənib. Bu nəticədən sarsıntı keçirən Murad Əkbərov da postkontaktda olduğu üçün qeydiyyata alınıb. Onun analizi təmiz çıxsa da, profilaktik məqsədlə Mərkəzdən ona dərmanlar verilib ki, qəbul etsin.
Həyatının ən ağır günlərini yaşayan 27 yaşlı Murad bundan sonra başına gələnləri danışıb:
““Yaşam” klinikasının laboratoriya həkimi Gülnar Mustafayevanın səhlənkarlığı səbəbindən başıma gəlməyən qalmadı. Onun imzaladığı neqativ arayış ilə gələn pasiyenti təcili əməliyyata aldıq. Hətta xəstə bizdən öncə başqa klinikaya gedib, orda da prosedurdan keçib, amma analiz verməkdən yayınıb. Hara gedibsə, “Yaşam”ın analizini göstərib. Maraqlısı odur ki, xəstə özü həkim-ginekoloqdur. Burdan belə nəticəyə gəlmək olar ki, o, xəstə olduğunu bilirmiş, xəstəxananı razı salmaq üçün əlində hazır analiz cavabı ilə gəlib. Təbii ki, mən də xəstə ilə postkontaktda olduğum üçün QİÇS Mərkəzində qeydiyyata alındım.
1 ay ərzində keçirdiyim qorxu, depressiya, ağır dərmanlar məni intihar həddinə çatdırmışdı. Xəstəyə bu barədə məlumat verdik, onu QİÇS Mərkəzinə dəvət etdilər, qeydiyyata salmaq istədilər, amma o boyun qaçırdı.
Məsələ ilə bağlı Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə rəsmi müraciət etmişəm. Biz xəstəyə sübut edə bilmirik ki, xəstəliyini əvvəlcədən bilib, sadəcə yayınıb. Hətta belə bir şübhə var ki, bəlkə “Yaşam"da da analiz verməyib, saxta sənəd alıb. Özü ginekoloq olan bu şəxs potensial yoluxdurucudur, stomatoloqa, kosmetoloqa, ginekoloqa gedir. O, onlarla insanı yoluxdura bilər. “Yaşam”ın səhlənkarlığını da hələ ki, sübut edə bilmirik. Qanunda var ki, xəstənin adı anonim qalmalıdır, amma əlimdə bütün sənədlər var.
Qanuna görə, xəstədə QİÇS, hepatit və s. varsa, o zaman əməliyyatxana, alətlər başqa cür sterilizə olunur, xəstədən əlavə ödəniş alınır. Əvvəldən bilsəydik, başqa qoruyucu vasitələr, əlcəklər geyinərdik. Mən özüm Vətən müharibəsində tibb işçisi kimi şəhid, yaralı daşımışam. Amma həyatımda bu qədər qorxmamışdım. 27 yaşım var, subayam, Bütün həyatım məhv olardı. Kim istəyər ki, QİÇS-ə yoluxsun. Şükür ki, ikinci analizim də təmiz çıxdı, amma o xəstə hələ də gəzir, klinikalara gedir. Belə səhlənkarlıq olarmı? Bununla bağlı ciddi tədbir görülməsini tələb edirəm”.
Məsələ ilə bağlı “Yaşam” klinikası ilə əlaqə saxladıq. Klinikanın laboratoriya rəhbəri Aişə Qocayeva Bakupost.az -a bildirdi ki, onlarda saxta analiz cavabının, yalan rəyin verilməsi mümkün deyil. Pasiyent həqiqətən gəlib analiz verib, sadəcə, kart testlərdə həssaslıq 50%-dir.
“Ola bilər xəstə bir-iki dəfə bizdə verib, neqativ olduğunu görüb və hər dəfə bura müraciət edib. Biz xəstəyə analizdən imtina edə bilmərik, laboratoriyamız, müayinələrimiz dəqiqdir, cihazlarımız müasirdir. Xəstəni görmədən, qan almadan rəy verməyimiz mümkün deyil. Onun analiz verdiyi tarix və saatla kimliyini tapmaq da asandır. Bizdə məlumat da, qan nümunəsi də var.

"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş

Ekspress testdə 10 dəqiqə gözləyirik, əgər yoxdursa, şübhə neqativ veririk. 15 dəqiqədən sonra nazik xətt kimi görünərsə, şübhəli yazırıq. Şübhəliyə neqativ yazmırıq. Tək bu xəstədən analiz götürmürük, o qədər pozitiv çıxanlar olub ki, heç vaxt neqativ yazmırıq. Xəstənin verdiyi qan bizdədir, xəstənin özü və ya nümayəndəsi gəlsin, yenidən yoxlayaq, görəcəklər ki, neqativ çıxacaq. Bəzən ekspress testdə bir xətt çıxır, biz şübhəli yazırıq, xəstə gedib ayrı yerdə verir, təmiz çıxır, onda da bizimlə mübahisə edir ki, səhv yazmısız. Biz gördüyümüzü dəqiq yazırıq.
Bizim kart testlər də ucuz deyil, bahalıdır. Şübhəli çıxarsa, mütləq əkilməyə, QİÇS mərkəzinə göndəririk. Klinikamızda əməliyyatxana, stasionar yoxdur. Pasiyentlər bizdə profilaktik məqsədlə yoxlanılır. Amma hər bir insan öz sağlamlığı, analiz məsələsində vicdanlı olmalı, nəticələrə uyğun davranmalı, şübhəli olarsa QİÇS Mərkəzinə getməlidir”, - deyə o bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Bu gün, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Bu gün, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Bu gün, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Bu gün, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Bu gün, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Bu gün, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Bu gün, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Bu gün, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Bu gün, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Bu gün, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Bu gün, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Bu gün, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Bu gün, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Bu gün, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Bu gün, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Bu gün, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Bu gün, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Bu gün, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Bu gün, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Bu gün, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Bu gün, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru