Azərbaycanda xırda buynuzlu heyvanların (qoyun və keçi) baş sayında son 6 ildə kəskin azalma müşahidə olunur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2020-ci ildə ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, bu ilin əvvəlində onların sayı 6 milyon 757,8 min başa qədər geriləyib.
Bu da son 6 ildə ölkədə qoyun və keçilərin sayında 1 milyon 331,9 min baş, yəni 16,5 faiz azalma deməkdir.
Qeyd edək ki, heyvanların sayı azaldığı halda, qoyun və keçi əti istehsalında ciddi dəyişiklik müşahidə olunmayıb. Belə ki, 2020-2024-cü illərdə qoyun və keçilərin sayında 14,7 faiz azalma qeydə alınıb. Lakin, həmin dövrdə diri çəkidə qoyun və keçi ətinin istehsalı cəmi 4,2 faiz artıb. Belə ki, 2020-ci ildə diri çəkidə 178,4 min ton qoyun və keçi əti istehsal edilibsə, 2024-cü ildə bu göstərici 7,5 min ton artaraq 185,9 min tona yüksəlib.
Onu da qeyd edək ki, qeyd olunan illərdə Azərbaycandan xarici ölkələrə qoyun və keçi ixrac olunmayıb. İdxal isə təxminən 1 milyon baş olub.
























