
Lənkəranda bıçaqlanma hadisəsi olub.
Yurd.Media xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində baş verib.
Belə ki, ailə münaqişəsi zəminində 34 yaşlı Allahşükür Ağazadə öz həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Nicat qızı Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib.
Bu zaman evdə olan azyaşlı 2023-cü il təvəllüdlü H.A qorxusundan anasının qucağına qaçıb. Atanın anaya endirdiyi bıçaq zərbələrindən 3-ü də övladına dəyib.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
























