
Xocalı rayonunun Xanabad kəndinin bir qrup sakini kənddə mövcud olan problemlərlə bağlı şikayət edir.;>
"DİA-AZ" xəbər verir ki, sakinlərin iddiasına görə, kənddə kanalizasiya, elektrik enerjisi və su təchizatı xətləri yoxdur. Onlar mövcud vəziyyətin acınacaqlı olduğunu, yolların yararsız vəziyyətdə qaldığını və övladlarının normal təhsil alması ilə bağlı çətinliklərlə üzləşdiklərini bildirirlər.;>
Şikayətçilər kənddə zəruri infrastrukturun olmamasının gündəlik həyatlarını çətinləşdirdiyini vurğulayaraq, aidiyyatı dövlət qurumlarına müraciət edirlər. Onlar mövcud problemlərin araşdırılmasını, vəziyyətə hüquqi qiymət verilməsini və sakinlərin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edirlər.;>
Sonda sakinlər aidiyyatı qurumlara müraciət edərək bildirirlər: "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar...";>
























