
Azərbaycanda 20 ildir fəaliyyət göstərən tikinti şirkətinə yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Vidadi Məmmədov “Faber Construction” şirkətində Maliyyə departamentinin meneceri vəzifəsinə təyin olunub.
Vidadi Məmmədov bu təyinatadək “Baku Holiday Travel” şirkətində maliyyə hesabatları və maliyyə təhlili üzrə mütəxəssis vəzifəsində çalışıb. O, 2026-cı ilin fevral ayından avqust ayınadək həmin şirkətdə fəaliyyət göstərib.
Bundan əvvəl Məmmədov 2025-ci ilin iyun ayından 2026-cı ilin fevral ayınadək “AZERA Holding”də maliyyə hesabatları və büdcə nəzarəti üzrə mütəxəssis, 2022-ci ilin avqust ayından 2025-ci ilin mart ayınadək isə “Allteqirty Group”da maliyyə hesabatları üzrə mütəxəssis vəzifələrində çalışıb.
Onun əvvəlki iş təcrübəsinə Kənd Təsərrüfatı Nazirliyində fəaliyyəti də daxildir. Vidadi Məmmədov 2020-ci ilin avqust ayından 2022-ci ilin avqust ayınadək nazirlikdə şöbə müdiri vəzifəsini tutub.
Qeyd edək ki, “Faber Construction” Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərən tikinti və mühəndislik şirkətidir. Şirkət tikinti, memarlıq, layihələndirmə, təmir, elektrik və kommunikasiya sistemləri sahələrində xidmət göstərir.























