"Mən həftə içi, həftənin 5-ci günü saat 17:46-da ABB kartımdan digər kartıma öz vəsaitim olan 1771 manatı köçürmə etmişəm və..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Sevinc Hüseynova adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Amma digər kartımda limit olduğu üçün köçürmə uğursuz oldu. Həmin gün məbləğ mənə vacib lazim idi, ən geci bu gün üçün önəmlidir. ABB bank isə deyir ki, köçürmə uğursuz olduğu üçün məbləğ 3 iş günü ərzində yalnız karta köçürülə bilər.
Bəlkə bu məbləğ mənim xəstəxana pulumdur, niye 3 gün sizi gözləməliyəm öz vəsaitimi? Mən öncədən bilə bilmirəm ki köçürmə uğursuz olacaq, ya yox... Həmin an niyə qaytarmırsınız məbləği hesaba?"
























