Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                     “Azərbaycanı təhlükə kimi görürük” .....                 

ORDUDA NƏLƏR BAŞ VERİR?
Tarix: 19-09-2011, 13:37 | Çap et
ORDUDA NƏLƏR BAŞ VERİR?

“HƏRBİ İNSTİTUTUN CƏMİYYƏTDƏ XALQ TƏRƏFİNDƏN AZ SEVİLMƏSİ BİR HƏQİQƏTDİR”

DİA.AZ: - Artıq bir neçə aydır ki, Azərbaycan ordusunda ölümlə nəticələnən daxili silahlı insidentlərin sayı sürətlə artmaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, az qala hər gün bir əsgər ölümü ilə yadda qalan bu cür silahlı insidentlərin davam etməsi, problemin kökündə daha ciddi amillərin dayandığını söyləməyə əsas verir. Ictimaiyyəti də əsasən bir məsələ düşündürür.

Əsgəri əsgər qatilinə çevirən, onu öz xidmət yoldaşına və ya komandirinə güllə atmağa vadar edən səbəblər nədir? Vətənə xidmət üçün həqiqi hərbi xidmətə yollanan əsgərin öz hərbi andına xilaf çıxmasının arxasında hansı amillər dayanır? Doğrudanmı, baş verən ölüm halları sadəcə olaraq, ani bir çılğınlığın, zərrə qədər də olsun tapdanmağına dözə bilməyən gənclik qürurunun üsyanının nəticəsidir?

Məsələ ilə bağlı fikirlərini “Dünya” informasiya Agentliyinin (diaaz.space) müxbiri ilə bölən Hərbi-Analitik Tədqiqatlar Mərkəzinin rəhbəri, sabiq briqada komandiri polkovnik İldırım Məmmədov baş verən olayların bir deyil, bir neçə amildən qaynaqlandığını vurğuladı. Ekspertin sözlərinə görə, bədbəxt hadisələrlə nəticələnən silahlı insidentlərin baş verməsində mövsüm amillərindən tutmuş, ağır sosial duruma qədər ən müxtəlif amillərin özünəməxsus rolu var: “Son vaxtlar bu cür arzuedilməz olayların baş verməsinin müxtəlif səbəbi var ki, bunun da biri mövsümlə əlaqədardır. Yaz fəsli gələndə təbiət kimi insanın da əhval-ruhiyyəsində dəyişiklik baş verir, xalq dili ilə desək, “qan qaynayır”. Bəzi insanlarda depressiya yaranır, insanların bir qismi özünü çox pis hiss edir. Xüsusilə də, gənc nəsil bu məsəslədə çox həssas olur. Doğrudur, bizim insanlar bu cür şeylərə əhəmiyyət vermirlər. Lakin bütün dünya ölkələrində həm qışdan yaza, həm də yaydan payıza keçid mərhələsinə çox ciddi fikir verilir. Bu ərəfədə hərbçilərə vitaminlər paylayır, onların psixoloji durumunu nəzarətdə saxlayırlar və s. Azərbaycan ordusunda baş verən məlum insidentləri şərtləndirən amillərdən biri məhz söylədiyimiz psixoloji məqamla bağlıdır”.

Ekspertin fikrincə, müharibə şəraitinin həddindən artıq uzun sürməsi, hərbçilərin nə hərb kimi hərb, nə də sülh kimi sülh şəraitində yaşamaması da psixoloji gərginliyi artılran və silahlı münaqişələrə gətirib çıxaran amillər sırasında yer alır: “Baxın, I Dünya müharibəsi 1914-1918, II Dünya müharibəsi isə 1939-1945-ci illləri əhatə etdi, yəni müharibə 4-5 ildən artıq çəkmədi. Lakin Azərbaycan ordusu 15 ildir ki, xəndəkdə, müharibə şəraitindədir. Buna “xəndək xəstəliyi” deyirlər. “Xəndək xəstəliyi”nin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, bu xəstəlik insanlarda laqeydlik hissi formalaşdırır. Hərbçi görür ki, onun sosial durumu yaxşılaşmır, 6-10 manat alan əsgər ön xətdə çox ağır bir məsuliyyəti üzərinə götürür və s. əsgər-zabit münasibətlərində bir gərginlik, bir biganəlik formalaşır. Zabitlərin maaş azlığı, onların mənzillə təmin edilməməsi, Milli Məclisin hərbçilərin durumunu yaxşılaşdıran qanunlar qəbul etməməsi və s. analoji halların meydana gəlməsinə səbəb olan ikinci amildir”.

İ.Məmmədovun qənaətincə, ordunun müasir qayda-qanunlar əsasında idarə edilməməsi, yeniliklərin çevik şəkildə tətbiq edilməməsi də silahlı qarşıdurmalara rəvac verir: “Daxili silahlı insidentlərin baş verməsinə gətirib çıxaran faktorlardan biri də, orduda müasir qanunların olmaması, professional orduya keçidin təmin edilməməsi, ölkə hərbi-siyasi rəhbəırliyinin bu istiqamətdə aktivlik nümayiş etdirməməsidir”.

Lakin bütün tənqidi qeydlərinə baxmayaraq, orduda yaşanan gərginliyin eyniylə cəmiyyətdə də yaşandığına diqqət çəkən ekspert, baş verən arzuedilməz insidentlərdən orduya qarşı təxribat məqsədilə istifadə etməyin yolverilməz olduğunu vurğuladı: “Ordu cəmiyyətin bir hissəsidir. Bu institutun cəmiyyətdə hörmətsiz olması, xalq tərəfindən az sevilməsi bir həqiqətdir. Həmçinin, unutmaq olmaz ki, intiharlar və ya silahlı insidentlər yalnız orduda deyil, bütün sahələrdə - məktəblərdə də, küçələrdə də, ayrı-ayrı iş yerlərində də baş verir. Ailə-məişət məsələləri zəminində baş verən qanlı hadisələr xüsusilə üstünlük təşkil edir. İnsanlar özü də təhlükəsizlik qaydalarına riayət etmir. Vətəndaşlarımız çalışır ki, düşdüyü situasiyadan güllə-bıçaq hesabına çıxsın. İnsanların özü-öz gələcəyinə laqeyddir ki, bu da arzuedilməz halların artmasına gətirib çıxardır. Ona görə də mən ölüm hallarının yalnız orduda baş verməsi ilə bağlı söylənilənlərlə razı deyiləm. Ancaq hesab edirəm ki, bütün hallarda hərbi-siyasi rəhbərlik hərbçilərin sosial problemlərinin həlli istiqamətində ciddi işlər həyata keçirməli, onların rifaını yaxşılaşdırmalıdır. Ümumiyyətlə, hərbçilərin sosial rifah şəraitinin yaxşılaşdırılması məsələsi həmişə gündəmdə olmalıdır. Problemlər isə sözdə deyil, praktiki baxımdan həll edilməlidir”.

İ.Məmmədov Azərbaycandakı ordu quruculuğunda yaxından iştirak etməli olan digər güc orqanlarının fəaliyyətini də sərt şəkildə tənqid etdi: “Bu gün Azərbaycanda guya ordu quruculuğuna yardım edən qurumlar fəaliyyət göstərir ki, bunlara da prokurorluq, əks-kəşfiyyat və s. daxildir. Lakin həqiqət bundan ibarətdir ki, bu qurumların heç biri ordu quruculuğuna zərrə qədər də olsun töhfə vermir. Əgər hansısa regionda fəaliyyət göstərən hərbi prokurorluq əməkdaşından soruşsanız ki, nə zaman istintaqınız ön xətdə gedib və oradakı əsgərlərin vəziyyəti ilə maraqlanıb, o bu suala cavab verə bilməyəcək. Çünki onlar ön xətdə gedib çıxmır, gedib çıxanlar isə lazımınca iş görmür. Məhkəmələr hərbi hissələrə gedib orada iş aparmırlar. Qanunlar əsgəri heyətə izah edilmir. Bütün bunlar bir daha göstərir ki, cəmiyyətdə orduya qarşı tam bir laqeydlik var. Bu laqeydlik isəicə etibarilə ölümlə bitən olaylara gətirib çıxardır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
• ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru