HESABLAMA PALATASI GENERALIN İDARƏSİNİ YOXLAYIB
Tarix: 3-04-2013, 11:34 | Çap et
QURUM DYP-NİN HANSI NÖQSANINI GÖRƏ BİLDİ?Azərbaycan Respublikası Hesablama Palatası DİN Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edib. Modern.az saytına bu barədə Milli Məclisdəın məlumat verilib. Bildirilib ki, Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti haqqında parlamentə təqdim olunan hesabatında Baş Dövlət Yol Polisi İdarəsindəki nöqsanlardan bəhs edilib. Belə ki, 2012-ci ildı Hesablama Palatası Vergilər Nazirliyi ilə birgə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanılması və ödənilməsinin auditini aparıb
Audit nəticəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının tələblərinə riayət olunması ilə yanaşı, bir sıra nöqsan və çatışmazlıqlar da aşkar edilib. Belə ki, auditlə əhatə olunan dövrdə dövlət rüsumlarının uçotu düzgün təşkil edilməyərək 834606,0 manat məbləğində dövlət rüsumu hesabatlarda əks etdirilməmiş, 01 yanvar 2012-ci il tarixə dövlət rüsumları üzrə Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsində hesabatlarda əks etdirilməyən 696486,51 manat artıq ödəmə nəzərə alınmaqla 138119,49 manat məbləğində dövlət rüsumu xüsusi vəsait kimi uçota alınaraq dövlət büdcəsinə ödənilməmişdir.
Eyni zamanda, bəyannamə təqdim edilmədiyi halda sair vergilər, hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş yol vergiləri daxilolma kimi Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsinə işlənilmiş və nəticədə 01 yanvar 2012-ci il tarixə 675021,61 manat, inzibati cərimələr üzrə isə 172050,0 manat artıq ödəmə yaranmış, qanunvericiliklə vətəndaşlar tərəfindən törədilmiş inzibati xətalara görə nəzərdə tutulmuş cərimələrin ödənilməsi tam təmin edilməmişdir. Qeydiyyatda olan avtonəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin daha da gücləndirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Audit nəticəsində, həmçinin dövlət rüsumlarının uçotunun aparılmasında şəffaflığın daha da artırılmasının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin təsnifatı üzrə kodların təkmilləşdirilməsi, dövlət büdcəsinə əsassız artıq ödəmə məbləğlərinin yaranmasının qarşısının alınması məqsədilə fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin hesablanması, bəyan edilməsi və uçotunun aparılmasının qanunvericilik aktları ilə tam şəkildə tənzimlənməsi zərurətinin olduğu aşkarlanıb.
Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib və həmin qərara əsasən, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə təqdimat, Vergilər Nazirliyinə isə müvafiq məlumat göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə də məlumat təqdim edilib.
Hesablama Palatasının məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin cavab məktublarında audit nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair bir sıra tədbirlərin yerinə yetirildiyi göstərilib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş məktuba əsasən büdcəyə ödənilməmiş 138119,49 manat məbləğində vəsaitin (dövlət rüsumunun) dövlət büdcəsinə ödənilməsi təmin olunub, yol hərəkətində qayda pozuntuları üzrə törədilmiş inzibati xətalara görə qanunvericiliklə nəzərdə tutulmuş cərimələrin tam ödənilməsi istiqamətində zəruri tədbirlər görülərək Baş Dövlət Yol Polisi İdarəsi öz növbəsində Mərkəzi Bank tərəfindən imzalanmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulub. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində hazırlanmış xüsusi kompüter proqramı vasitəsilə İdarənin ərazi və nizami hissələrinin hər bir əməkdaşı tərəfindən yol hərəkəti qayda pozuntuları ilə bağlı inzibati xəta haqqında tərtib edilmiş protokolların sayı və onların icrasından daxil olan vəsaitlər barədə məlumatların operativ şəkildə əldə olunması təmin edilmişdir.
Vergilər Nazirliyinin cavab məktubunda isə auditin nəticələrinə uyğun olaraq hesabatlarda əks etdirilməmiş 834606,0 manat məbləğində dövlət rüsumunun Baş Dövlət Yol Polisi İdarəsinə hesablanması və dövlət büdcəsinə ödənilməsinin (o cümlədən, 696486,51 manat məbləğinin şəxsi vərəqədə olan artıq ödəmənin əvəzləşdirilməsi hesabına) təmin edilməsi göstərilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Bu gün, 23:01 |
|
|
|
| • Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Bu gün, 22:59 |
|
|
|
| • LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Bu gün, 22:33 |
|
|
|
| • Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Bu gün, 22:31 |
|
|
|
| • “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Bu gün, 22:24 |
|
|
|
| • Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Bu gün, 22:16 |
|
|
|
| • Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Bu gün, 22:14 |
|
|
|
| • Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Bu gün, 19:08 |
|
|
|
| • Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Bu gün, 19:04 |
|
|
|
| • “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Bu gün, 18:21 |
|
|
|
| • "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Bu gün, 18:16 |
|
|
|
| • Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Bu gün, 18:00 |
|
|
|
| • Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Bu gün, 17:54 |
|
|
|
| • Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Bu gün, 17:51 |
|
|
|
| • “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Bu gün, 17:48 |
|
|
|
| • Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Bu gün, 17:44 |
|
|
|
| • Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Bu gün, 17:38 |
|
|
|
| • Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 17:35 |
|
|
|
| • Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Bu gün, 17:31 |
|
|
|
| • Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Bu gün, 17:28 |
|
|
|
| • Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Bu gün, 17:26 |
|
|
|
| • Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Bu gün, 17:22 |
|
|
|
| • Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19 |
|
|
|
| • Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17 |
|
|
|
| • SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41 |
|
|
|
| • Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37 |
|
|
|
| • YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32 |
|
|
|
| • Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25 |
|
|
|
| • Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17 |
|
|
|
| • Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15 |
|
|
|
| • "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08 |
|
|
|
| • LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06 |
|
|
|
| • "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03 |
|
|
|
| • “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10 |
|
|
|
| • İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08 |
|
|
|
| • “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05 |
|
|
|
| • Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46 |
|
|
|
| • “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29 |
|
|
|
| • Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24 |
|
|
|
| • AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21 |
|
|
|
| • Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18 |
|
|
|
| • DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42 |
|
|
|
| • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40 |
|
|
|
| • Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35 |
|
|
|
| • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30 |
|
|
|
| • Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27 |
|
|
|
| • “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24 |
|
|
|
| • Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17 |
|
|
|
| • Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14 |
|
|
|
|