AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                 

Texniki Universitetdə VİLAYƏT DAVASI... - Təhsil Nazirliyi NƏDƏN SUSUR?
Tarix: 8-01-2022, 09:50 | Çap et
Texniki Universitetdə VİLAYƏT DAVASI...
DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik". DİA.AZ bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir.

ƏVVƏLİ BURADA:

Texniki Universitet NECƏ AĞLAR GÜNƏ QOYULUR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...

Müəllimlər daha sonra yazır:
"Yeri gəlmişkən, keçən yazılarımız çıxandan sonra keçirilən elmi şura iclasında yenə də növbəti dəfə universitetdə struktur dəyişiklikləri məsələsi müzakirəyə çıxarılıb (bu məsələ universitetdə artıq lətifəyə çevrilib). Yenə də adət üzrə Hüquq sektorunun müdiri, rektor V.Vəliyevin qaynının qızı, bakalavr Pərvanə Allahverdiyeva professorların qarşısında bu dəfə daha da anlaşılmaz struktur dəyişikliklərini təklif edib (və məlum deyil ki, bu təklif rəsmən kimin adından verilir) və təbii ki, təklif sorğu-sualsız yekdilliklə qəbul edilib. Bundan əlavə, rektor məlumat verib ki, yeni “Yüksək təhsil institutu” (???) adlı qurum yaradılır və onun əsasnaməsi də təsdiq edilib. Əsasnamənin mətnindən görünür ki, bu qurum tamamilə Doktorantura şöbəsinin və Magistratura şöbəsinin funksiyalarını təkrarlayır. Sual olunur: bəs onda bəlkə Doktorantura və Magistratura şöbələri ləğv olunacaq? Hələ bilinmir, yaxın vaxtlarda ola da bilər. Ancaq xatırladaq ki, rektor V.Vəliyev AzTU-ya gələndə bu şöbələr birlikdə idi, o onları iki hissəyə ayırdı. İndi də yenidən birləşdirilirmi, yoxsa bu qurum da qalacaq və Doktorantura və Magistratura şöbələrinin işini təkrar edəcək? Hələ bunu heç kim bilmir və soruşmağa da cürət etmir. Bax belə!

Bundan əlavə AzTU Katibliyinin yaradılması haqqında qərar qəbul edilib və onun

əsasnaməsi də təsdiq edilib. Ancaq bu da hal-hazırda universitetdə olan elmi katib işi deyil. Əsasnamədən görünür ki, Katibliyin funksiyalarına bütün universitetin idarə edilməsi, hər şey, hər şey daxildir. Onda bəs belə bir katiblik olacaqsa, bütün başqa struktur bölmələri nəyə lazım imiş? Yəqin ki, rektorun aid olduğu regional klanın göndərdiyi işçiləri yerləşdirmək üçün. Bəs bunun üçün maliyyə vəsaiti haradan tapılacaq? Əlbəttə ki, dərsləri, tədris yüklərini yenə də ixtisar etmək hesabına qənaət edilən vəsaitdən. Bu isə öz növbəsində, hazırlanan mütəxəssislərin təhsil səviyyəsinin yenə də aşağı salınması deməkdir. Yeri gəlmişkən, bununla əlaqədar əlavə vəsaitlərin gətirilməsi mənbələrindən birini açıqlayaq. Hər il AzTU-da magistraturaya 250-300 tələbə qəbul edilirdi. Bu il isə 1000-dən artıq yerə elan verildi və 1000-ə yaxın magistrant qəbul edildi. Elə kafedralar var ki, bir kafedraya 70-80 magistrant daxil olub. Bu nəyə görə edilib? Bir magistrant il ərzində 1500 manatdan artıq təhsil haqqı ödəyir və 2 il təhsil alır. Deməli, bu qədər magistrantın qəbulu universitet hesabına daxil olan 3 milyon manat vəsait deməkdir. Həmin vəsait isə regional klanın işlə təmin olunma tapşırıqlarını yerinə yetirmək üçün kömək edəcək. İndi isə bu qədər adamın tədrisinin təşkili problemi meydana gəlib. Məsələ bundadır ki, təlimata və müxtəlif normativ sənədlərə əsasən bir müəllim il ərzində 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz və həmin müəllimlər də elmi dərəcəyə malik olmalıdırlar. AzTU-da isə cəmi təqribən 500 müəllim var və onların da 25-30 faizinin elmi dərəcəsi yoxdur. İndi bu vəziyyətdən çıxmaq üçün rektor bir absurd yol tapıb, təklif edir ki, 5 magistranta bir şərikli dissertasiya mövzusu verilsin və bir elmi rəhbər təyin edilsin (???). Bəs onda sual olunur, dissertasiya müdafiəsində verilən şərikli qiymət onların arasında necə bölüşdürüləcək? Necə təyin ediləcək ki, dissertasiyanın əsas işini kim yerinə yetirib və s. Biz artıq adət etmişik ki, rektor V.Vəliyev nəticəsini fikirləşmədən əvvəlcə bir işi edir, sonra isə yaranan problemdən çıxış yolunu axtarır. Bununla əlaqədar rektor indi həm də magistraturada tədris saatlarını ixtisar etmək məsələsinin üstünə düşüb. Nəticəsini fikirləşmədən hər şeyi dağıtmaq və onu necə düzəltmək yolunu isə sonra axtarmaq və ya heç axtarmamaq da tipik bolşevik psixologiyası əlamətidir ki, bu da V.Vəliyevə xas xüsusiyyətdir. Görünür, bu, onun ictimai mənşəyinin bolşevik sayağı marginal səviyyədən çıxması ilə əlaqədardır.

Rektordan bir soruşan yoxdur ki, bu universitet nə üçündür, mühəndis hazırlamaq, yoxsa gələcək mühəndislərin başlarını qataraq, universitet strukturunu şişirtməklə, öz adamlarını işlə təmin etmək? Həm də köhnə kadrlara nisbətən daha yüksək maaş verməklə. İndi artıq bütün universitet bu məsələdən danışır. Yeri gəlmişkən, rektor elmi şura iclasında müəllimlərə diferensasiyalı, yəni eyni vəzifə üçün müxtəlif məbləğdə maaşların verilməsi haqqında qərar qəbul etdirib. Bəs bu maaşların miqdarını kim təyin edəcək? Əlbəttə ki, hər məsələdə olduğu kimi, rektor özü. Yəni xoşu gələn, ona yarınan adamlara yüksək, xoşuna gəlməyənlərə, onun qarşısında əyilməyənlərə isə az maaş təyin edəcək.

V.Vəliyevin rektor təyin edilməsindən sonra onun ən çox təkrar etdiyi sözlər bunlardır ki, “əvvəllər universitetdə sənəd dövriyyəsi düzgün qurulmamışdı”. O, indi də bunu tez-tez təkrar edir. Və sənəd dövriyyəsini “düzgün qurmağa “ başladı. V.Vəliyevin AzTU-ya gəlişindən əvvəl Ümumi şöbədə (o vaxt Dəftərxana adlanırdı) cəmi 3 nəfər işləyirdi və heç vaxt bir sənəd, bir kağız itirilməmişdi, bütün sənədlər vaxtında öz yerinə çatdırılırdı. Köhnə işçiləri oradan tamamilə uzaqlaşdırdı və yenilərini qəbul etdi, təqribən 10 nəfər işçi. Bundan sonra da universitetdə həm lazımsız sənədlərin sayı dəfələrlə artdı, həm də sənədlərin itməsi adi bir hala çevrildi, baxmayaraq ki, hər sənədi qəbul edəndə 3-4 yerə qeydiyyat aparırlar. İndi Ümumi şöbəyə bir ərizə və ya başqa sənəd verirsənsə, heç bir zəmanət yoxdur ki, o sənəd qəribə şəkildə yoxa çıxmayacaq və təyinatınca gedib, çatacaq. Bu iki ildə Ümumi şöbənin indiki müdiri də bu vəzifədə 4-cü adamdır. Ümumi şöbənin bir müddət əvvəlki müdiri Vüsalə Fərəcovaya isə elə hüquq verilmişdi ki, o, professorların, kafedra müdirlərinin üzərinə çımxırırdı, onları təhqir edirdi, heç bir subordinasiya gözləmirdi. Baxın, AzTU-da sənəd dövriyyəsi indi belə “düzəldilib”".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləmıyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru