
"Mənim şikayətim "İrşad Telecom" mağazası ilə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nur Əliyeva adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mağazadan TCL markalı paltaryuyan maşın almışam, lakin cihazın arxa hissəsindən su sızır.
Artıq bir həftədir ki, bu barədə mağazaya məlumat vermişik. Ancaq indiyədək heç kim gəlib problemə baxmayıb. Hər dəfə müraciət etdikdə şikayətimin qeydə alındığı bildirilir, lakin heç bir tədbir görülmür.
Məsul şəxslərdən xahiş edirəm ki, məsələ ilə bağlı tədbir görülsün və problemim qısa müddətdə həll edilsin..."























