
"Kişilərin qız uşaqlarını manipulyasiya alətinə çevirməsi çox pis təsir bağışlayır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında son günlər Azərbaycanda cərəyan edən olayları şərh edən tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar. Təxribat xarakterli suallar verib onları sarsıdırlar,travma yaşadırlar.
Uşaqları alətə çevirməyin. Öz sözlərinizi onların dilindən səsləndirməyin.
Övladlarınızı necə tərbiyə etdiyinizə qarışmaq haqqımız yoxdur. Amma uşaqlardan istifadə edib onlara travma yaşatdığınız zaman bu, yalnız sizin şəxsi məsələniz olaraq qalmır. Belə davranışınızla insanların sərt reaksiyasına və həmin uşaqları qorumaq üçün müdaxilə etməsinə özünüz əsas yaradırsınız..."
























