“Sabah”ın ÇL-in əsas mərhələsində qalib gələ biləcəyi iki komandadan biri idi “Slaviya”. Çətin oldu, amma qələbə əldə edildi. Bu qələbə “Sabah”ın futbolçularında özünəinam hissini mütləq artıracaq. Amma mənə ləzzət edən Dambrauskasın hesabda öndə olarkən də oyun fəlsəfəsinə arxa çevirməməyi oldu. Riskli idi, rəqib aramsız hücum edirdi, amma Dambrauskas fikrindən daşınmadı.
Hə, əgər “Sabah” qalib gəlməsəydi, azərbaycanlı futbol “biliciləri” Dambrauskasa da taktika dərsi keçəcəkdilər. Təbriklər, “Sabah”. Kütləni dinləmə, Dambrauskas!
.
Natiq Muxtarlı - "DİA-AZ"
























