"Azərbaycan Dovlət Neft və Sənaye Universitetinin (ADNSU )106, Bakı Ali Neft Məktəbinin (BANM) 15 yaşı var.
BANM- ın 35 Prezident təqaüdçüsü, ADNSU-nun “sıfır”..." "DİA-AZ" xəbər verir ki bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış təhsil eksperti, keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bu fakt onu göstərir ki, Universitet evolyusiyası üçün yeni təfəkkürə malik olmaq və dövrün universitet paradiqmalarını dərk etmək lazımdır.
Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir. Məzhəkə yaradır.
Dünyada Obyektiv və çətin reytinqlərdən biri sayılan “Times Higher Education (THE)”da ADNSU- nun yeri 2027- ci il üzrə 1801-2000 aralığındadır və reqressiya davam edir.
Bəzən də belə hərəkətlər tragediyaya (yunanca- “keçi nəğməsi”) bənzəyir.
Sadəcə tragediya janrında müasir pyeslər yazıb, səhnələşdirmək lazımdır..."
























