JMK YENƏ DƏ HAKİMİYYƏTİ “VURDU”
Tarix: 21-02-2012, 12:58 | Çap et
“HAKİMİYYƏT KİV-DƏ TƏNQİDƏ DÖZÜMSÜZLÜK NÜMAYİŞ ETDİRİR”
NyuYorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bu gün “Mətbuata hücüm” adlı illik icmalını açıqlayıb. Sənəddə dünyada hüquq pozuntuları ilə bağlı ciddi tendensiyalar əksini tapıb.
“Siyasi etirazların, ekoloji fəlakətlərin və digər hadisələrin effektiv işıqlandırılması informasiya senzurası şəraitində mümkün deyil”, - JMK-nin icraçı direktoru Coel Saymon bildirib. “İnformasiya qlobalizasiyası əsrində senzura insan haqlarının transmilli pozuntusu hesab olunur”.
JMK-nın məlumatına görə, Avropada və Şərqi Asiyada avtoritar dövlətlər özlərini daha cəsarətli aparırlar, nəinki mətbuat azadlığı haqqında bəyan edilmiş standartlardan geri çəkilən bəzi qərb dövlətləri.
“Mətbuata hücum” illik nəşr JMK ekspertlərinin hazırladıqları analitik materialları və 100-dən çox ölkədə mətbuatın işinin vəziyyətinə dair icmalı, həmçinin mətbuat azadlığının pozulmasına dair regional məlumatları oxuculara təqdim edir. İcmalda ayrı-ayrı işlə üzrə informasiya və 2011-ci ildə jurnalistlərin qətli (46) və həbs cəzası (179) üzrə statistika dərc edilib.
Azərbaycana aid bölmədə deyilir ki, “Eurovision” mahnı müsabiqəsinə hazırlıq ərəfəsində ölkə hakimiyyəti KİV-də tənqidə qarşı dözümsüzlük nümayiş etdirməkdə davam edib.
Uydurma ittihamla həbs olunan Eynulla Fətullayev dörd ildən sonra azadlığa çıxıb. O, Avropa İnsan Haqları Məhkəməsi onun həbsini tələb etdikdən sonra azadlığa buraxılıb.
Həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. Publisist Rafiq Tağı islam və hökumət haqqında tənqidi yazı yazdığına görə Bakıda küçədə hücuma məruz qalıb və aldığı bıçaq yarasından həlak olub.
The Washington Post və The New York Times üçün yazan amerikalı jurnalist Amanda Erikson, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun britaniyalı əməkdaşı Siliya Devis iyunda Bakıdakı çoxmənzilli evlərinin yaxınlığında hücuma məruz qalıblar. Müxalifətdə olan “Azadlıq” qəzetinin əməkdaşları Ramin Deko və Seymur Həziyev yazın əvvəlində döyülüblər. Sentyabrda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun jurnalisti İdrak Abbasovun evinə hücum olub. Hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib.
Müstəqil “Xural” qəzetinin əməkdaşı ilin sonunda əsassız ittihamla həbs olunub.
2011-ci ildə xarici jurnalistlərə qarşı düşmənçiliyin artdığı müşahidə olunub: insan haqlarına dair sənədli film çəkən İsveç televiziyasının üzvləri ölkədən çıxarılıblar; erməni mənşəli olduğuna görə bir fotomüxbirin ölkəyə gəlişi qadağan olunub.
Ölkə boyunca yayımlanan doqquz televiziya stansiyasından yalnız ANS TV müstəqil olub. Digər stansiyalar birbaşa dövlətə məxsus olub və ya administrasiyaya loyal şəxslərin nəzarətində olub. Öz redaksiya siyasətinə görə ANS ildən-ilə dəfələrlə senzura obyektinə çevrilməli olub.
2000-ci ildə Çeçenistanın səhra komandiri Şamil Basayevlə müsahibə efirə getməzdən 15 dəqiqə əvvəl hakimiyyət ANS-in elektrik enerjisini kəsib.
2006-cı ilin sonunda hökumət ANS telekanalını iki həftəliyə bağlayıb. Hakimiyyət şirkətin KİV haqqında qanunu pozduğunu və cəriməni ödəməyini bəhanə gətirərək telekanalın ofisini möhürləyib, avadanlığı müsadirə edib.
2007-ci ildə siyasi səbəblərlə lisenziyası beş ay müddətinə dayandırıldıqdan sonra ANS öz reportajlarının tənqidi tonunu bir qədər yumşaltmağa məcbur olub.
2010-cu ildə ANS-ə qarşı siyasi motivli vergi yoxlaması aparılıb. Buna telekanalın parlament seçkilərində səsvermə zamanı baş vermiş maxinasiyalar barədə məlumat verməsi səbəb olub.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27 |
|
|
|
| • Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24 |
|
|
|
| • Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13 |
|
|
|
| • İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40 |
|
|
|
| • TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31 |
|
|
|
| • Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
| • “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21 |
|
|
|
| • Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20 |
|
|
|
| • "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11 |
|
|
|
| • İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09 |
|
|
|
| • Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08 |
|
|
|
| • 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
| • “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49 |
|
|
|
| • Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46 |
|
|
|
| • Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26 |
|
|
|
| • "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17 |
|
|
|
| • Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16 |
|
|
|
| • Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02 |
|
|
|
| • ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00 |
|
|
|
| • Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37 |
|
|
|
| • Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10 |
|
|
|
| • "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16 |
|
|
|
| • Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12 |
|
|
|
| • Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02 |
|
|
|
| • Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01 |
|
|
|
| • "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54 |
|
|
|
| • Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
| • "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40 |
|
|
|
| • Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28 |
|
|
|
| • Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26 |
|
|
|
| • AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21 |
|
|
|
| • “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18 |
|
|
|
| • 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11 |
|
|
|
| • "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06 |
|
|
|
| • Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04 |
|
|
|
| • “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55 |
|
|
|
| • MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33 |
|
|
|
| • Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31 |
|
|
|
| • "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30 |
|
|
|
| • Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25 |
|
|
|
| • ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22 |
|
|
|
| • Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20 |
|
|
|
| • Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44 |
|
|
|
| • ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40 |
|
|
|
|