
Ukrayna parlamenti sentyabrın 15-də ölkənin baş prokurorunun istefasını təsdiqləyib. "DİA-AZ" xəbər verir ki, Ruslan Kravçenko istefa ərizəsi təqdim edəndən sonra prezident Volodimir Zelenski onun tez bir zamanda vəzifəsindən kənarlaşdırılmasını tələb etmişdi.
Səsvermədən əvvəl Kravçenko sosial media paylaşımında parlamentin istənilən qərarını qəbul edəcəyini bildirib. O əlavə edib ki, belə bir addım “parlamentin özünün qərarı olmalıdır. Prezidentin əmri, parlament "rəhbərinin" tələbi, anti-korrupsiya qurumları rəhbərlərinin isterik tələbi olmamalıdır. Onlar və onların yaxın ətrafı korrupsiya əməllərinə bulaşıblar. Ən vacibi, (bu qərar) bu gün müşahidə etdiyimiz siyasi və media təzyiqinin nəticəsi olmamalıdır”.
Ukraynanın baş prokuroru Ruslan Kravçenko Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Semen Krivonosu rəsmən şübhəli şəxs elan edib. Baş prokuror bu barədə sentyabrın 14-də səhər saatlarında özünün Telegram-kanalındakı videomüraciətində məlumat verib. Hadisədən qısa müddət sonra Kravçenkonun ölkəni tərk etdiyi məlum olub.
























