“Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                 

“İRANLI RUHANİLƏR ALLAHA QULLUQ ETMİRLƏR”
Tarix: 30-04-2012, 12:37 | Çap et
“İRANLI RUHANİLƏR ALLAHA QULLUQ ETMİRLƏR”

“ONLAR MÜSƏLMANLARA HÖKM VERƏ BİLMƏZLƏR”

“İranda din xadimləri rəsmi dövlət strukturunun tərkib hissəsidir. Keçmiş SSRİ-də kommunistlərin rolunu İranda din xadimləri icra edir”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

O bildirib ki, keçmiş SSRİ-də kommunistlərin statusu konstitusiyada təsbit olunduğu kimi İranda da din xadimlərinin statusu konstitusiyada təsbit olunub: “Ona görə də İranın din xadimlərinə rəsmi dövlət adamı kimi yanaşmaq ən düzgünüdür. Azərbaycan Respublikasının insanları kimi mömin, sadəqəlbli əhaliyə təsir etmək üçün həmin şəxslərin dövlət statusu bir kənara qoyulur, dini statusu ön plana çıxarılır. Amma indi söhbət ondan gedir ki, İslam dininin istismarçısı olan bu adamlar əhaliyə dini göstəriş vermək hüququnu çoxdan itiriblər. O şəxslərin fərdi möminliyini, fərdi qaydada oruca, namaza və digər dini ayinlərə dəqiq riayət etmələrini zərrə qədər şübhə altına almırıq. Fərd kimi ən ideal müsəlmandırlar, amma öndə gedən müsəlman kimi öz funksiyalarını yerinə yetirə bilmirlər. Arqumentlərimizi onların diqqətinə çatdıraq.

A) İranın indiki dini liderləri yaşlı adamlardır. Bu şəxslərin əksəriyyəti şah rejimi dövründə də dini fəaliyyətlə də məşğul olublar. Bəlkə Ərdəbilin imamcüməsi yaşına görə həmin dövrdə dini lider olmayıb. Qurani-Kərimin “Əl-Maidə” surəsinin 51-ci ayəsində yəhudilərlə xristianların adı ardıcıldır və yanaşıdır. Bir cümlənin içindədir. Şah dövründə indiki din xadimlərinin böyük əksəriyyəti “Əl-Maidə” surəsinin 51-ci maddəsinin yəhudilərə dair hissəsinin şah tərəfindən pozulmasına dözməklə günah işlədiblər. İndi də bu din xadimləri həmin ayənin xristianlara aid tələbinin (ermənilərə istinadən) pozulmasına dözürlər. Ən azı bu gün heç bir din xadiminin İran-Ermənistan əlaqələrinə görə İran rəsmilərinə, bu işə sərəncam verənlərə etiraz etməsinə rast gəlməmişik. Öz sözümüzü yox, İranın Ermənistandakı səfiri Sagiyanın sözlərinə istinadən deyə bilərik ki, 2007-2011-ci illərdə Azərbaycanın, şiənin torpağını işğal edən Ermənistanla İran arasında mal dövriyyəsi 2 dəfə artaraq 323 milyon dollar olub. Bu dövr ərzində İranın Azərbaycanla mal dövriyyəsi isə 2 dəfə azalıb. Qonşuluqdursa, Ermənistanda fəlakət, zəlzələ olanda yardım etmək olar, onun pisliyini arzulamamaq olar, amma aşkar şəkildə iqtisadi əlaqələri inkişaf etdirmək ancaq dostluğun əlamətdir. Ermənilərlə dostluqdan ötrü həmin ayəyə baxsınlar. Eləcə də 1967-ci ildə İsrail ərəb torpaqlarını işğal edərkən İranın şah rejimi bu işğalda yəhudilərə kömək edərkən də İranın bircə nəfər də olsun dini liderinin səsi çıxmadı.

B) Əfqanıstanda Qurani-Kərim yandırılarkən 20-ə yaxın Əfqanıstan vətəndaşı öldü, 1000-ə yaxın əfqan bu və ya digər şəkildə həmin hadisələrdə zədə alıb. İrandan heç bir adam O cümlədən din xadimləri Qurani-Kərimin yandırılmasına etiraz bildirmədi. Amma yaxınlarda İngiltərədə kimsə ərəblərin o coğrafiyada olan körfəzin adının Ərəb körfəzinə əvəzlənməsi ilə bağlı dediyi fikrə İranın bütün dini liderləri reaksiya verdi. Hətta aksiyanın da təşkilinə icazə verdilər. İranın din xadimləri üçün, görünür, fars terminin müdafiəsi Qurani-Kərimin müdafiəsindən daha vacibdir.

C) Bu gün İranla İsrail arasında əlaqələr mövcuddur. O əlaqələri tənzimləyən rəsmi sənədlər məxfi elan edilə bilər, amma bu Allahdan məxfi olmaq deyil. İranın din xadimləri bu gün İran ordusunun malik olduğu hərbi təyyarələrin vaxtilə İsraildən alındığını bilmirmi?! İranın din xadimlərin əksəriyyəti İsraildən aldığı həmin təyyarələrin şərəfinə tərif deyir. İranın din xadimləri həmin təyyarələrin son 30 ildə ehtiyat hissəsi dəyişilmədən işləməsinə inanırmı?! Bu ehtiyat hissələri necə alınıb?! İsraildən alınan təyyarələrin ehtiyat hissələri elə İsraildən alınır. Hökumət gizlətsə də bu ki, allahdan gizli deyil. Din xadimi isə sənədin gizli olmasına söykənir, allaha aşkar olana yox.”İrangeyt” İsraillə Iran İslam Respublikası (bəli düz oxudunuz Iran İslam Respublikası 1986 cı il) arasında ən gizli hadisədir. Əgər İran və İsrail bir-birinin düşmənidirlərsə niyə bu hadisədən bir-brinə qarşı istifadə etmirlər?! Belə olan halda İranın din xadimi Allaha xidmət edən din xadimidir yoxsa, İsrailin gizli müttəfigi İran hökumətinə?!

Ç) Bu gün İranın ictimai-siyasi həyatında yəhudilərin qoyduğu ənənələr ən ciddi şəkildə qorunur. Kinonu farsmı yaradıb?! Dünya mətbuatı İranın əlindədir, yoxsa yəhudinin?! İran bir tərəfdən yəhudiləri dünya mətbuatını monopoliyaya almaqda ittiham edir, digər tərəfdən həmin mətbuatı yığıb Bəhreynin və Azərbaycanın üzərinə hücuma keçirdir. İudaizimin ən qədim nümunəsi qadınların saçını gizlətməsi və ya başını bağlaması və ya hicabdır. Hicabın bir neçə forması var. İranda müdafiə olunan forma yalnız İsraildə olan formadır. İran hətta Həzrəti-Musadan qabaqkı dövrü də əhatə edən çəkdiyi filmlərdə də qadınları yəhudilərin geyimində təsvir edir. Bu yəhudilərə xidmət deyilmi?! Bunu İranın din xadimləri görmür?! Ən azı Qurani-Kərimin nazil olduğu ərəblərin qadınlarının hicab ilə İranda qadınların geyindiyi hicabı müqayisə etsinlər. İran qadınları bu gün yəhudilərin mədəniyyətinin daşıyıcısından imtina etmək istəyirlər. İranın bir qrup din xadimi bunun qarşısını alır. Digər din xadimləri bunu görmürmü?!

Qayıdaq Azərbaycan məsələsinə. Əvvəla, Azərbaycan mömini öz dini qarşısında sınaqdan keçmiş müsəlmandır. Çar Rusiyasında və Sovet İttifaqında həm zorakı, həm siyasi, həm də hiylə ilə bu milləti öz dinindən əl çəkməyə təhrik etdilər. Heç bir variant alınmadı. Bu xalq öz dinini olduğu kimi qorudu, saxladı. İranın din xadimləri öz dinlərdən olan bir şahın təzyiqi ilə dinlərindən imtina etdilər. Həmin qorxaq dindarlardır ki, bu gün Şami-Qəribanın qeyd olunmasından qorxurlar. Görəsən, İranın din xadimləri uşaq vaxtı ilaxır çərşənbədə od üstündən tullanmayıbmı?! İran, Azərbaycan coğrafiyasında uşaq və gənclik yaşlarında od və su üstündən tullanmayan adamı təsəvvür etmək qeyri-mümkündür. İndi İran hökumətinin çərşənbə bayramına göstərdiyi münasibətdən məlum olur ki, İranın adamları uzun müddət atəşpərəst olublar, yalnız son bir ildə müsəlmançılığı qəbul etməyə başlayıblar. Azərbaycanda din də var, Azərbaycan möminlərinin öz dinlərini qorumağa cəsarəti də bacarığı da var. Din üçün təhlükə yarananda bu xalqın müraciət etməyə ünvanı da var. Ölkənin başında duranlar Azərbaycan xalqının formalaşmış dini ənənələrini qorumaqla bağlı dəfələrlə bəyanatlar veriblər. İran dindarları ilk növbədə çörək qazandıqları dinimizin qabağında borclarını ödəsinlər. Bundan sonra din adından söz danışmaq haqqı əldə etsinlər.

D) Bu gün vaxtilə Birləşmiş Ərəb Əmirliklərinə məxsus olmuş 3 ada ilə bağlı İranla ərəb dövlətləri arasında mübahisə gedir. Amerikalılar və yəhudilər 1971-ci ildə müstəqillik əldə etmək istəyən Birləşmiş Ərəb Əmirliklərinə ziyan vurmaq məqsədilə həmin 3 adanın İrana məxsusluğuna dair kağız verdilər. İran dövləti yəhudilərdən və amerikalılardan aldığı həmin kağızı dünyanın ən mötəbər kağızı hesab edir və o üç adanı özününkü bilir. O üç adanın kimə məxsusluğunu həmin sənəd yox, məhz Allah bilir. İranın din xadimləri kimin tərəfindədir: İsrailin verdiyi sənədin, yoxsa Allahın ədalətinin?!

İranın ruhaniləri üçün o dünya barədə fikirləşməli çox şey var. Səlahiyyətlərinin çoxalması axirət yükünü daha ağırlaşdırır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Bu gün, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Bu gün, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Bu gün, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Bu gün, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Bu gün, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Bu gün, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Bu gün, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Bu gün, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Bu gün, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Bu gün, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Bu gün, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Bu gün, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Bu gün, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Bu gün, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Bu gün, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Bu gün, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Bu gün, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Bu gün, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Bu gün, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Bu gün, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Bu gün, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru