Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                 

"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
Tarix: 21-02-2019, 08:24 | Çap et
"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla yadda qaldı. Ölkə prezidentinin şəhid ailələri ilə görüşü, daha sonra şəhid ailələrinə 11 min manat vəsaitin ödənilməsinə başlanması müsbət bir tendensiyanın başlanğıcı oldu. Şamaxıda baş verən zəlzələnin ardından prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu rayona səfəri, sakinlərlə səmimi görüşlər, zərərçəkənlərə yeni evlərin tikilməsi ilə bağlı göstəriş verilməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Bunun ardından minimum əmək haqqı kəskin artaraq, 180 manata qaldırıldı. Pensiyalarla bağlı da oxşar addım atıldı, martın 1-dən əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılacaq.

Bu ay ərzində dövlət başçısının yaddaqalan addımlarından biri də Beyləqan rayonuna səfəri, orada əhali ilə keçirdiyi səmimi görüşlər, bu rayonla bağlı verilən qərarlar oldu. Bundan başqa, prezidentin Sumqayıta gəlişi də isti görüntülərlə yaddaqalan oldu.

Siyasi təhlilçilər bütün bunları ciddi açılım kimi dəyərləndirirlər. Bu kurs və atılan məlum addımlar hakimiyyət-müxalifət dialoqunu, yeni münasibətlər sisteminə keçidi də aktuallaşdırırmı?

Qeyd edək ki, Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında ard-arda keçirilən görüşləri xatırlamaq kifayətdir. Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı.

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, həqiqətən də hakimiyyət İlham Əliyevin timsalında siyasi dinamiklik nümayiş etdirir: “Belə davranış mövcud komanda üçün xarakterik deyil. Bir sıra daxili və xarici reallıqlar belə addımları şərtləndirir, fikrimcə. Səbəbin nə olmasından asılı olmayaraq, baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır.

Amma bununla yanaşı, diqqətli olmaq zəruridir. Belə yumşalmalar ictimai diqqəti azdırmaq üçün də ola və müvəqqəti xarakter daşıya bilər. Bütün güzəştlərin mabədi siyasi islahatlar olmalıdır. Çünki digər geriləmələrin daimiliyini siyasi sistem müəyyən edir. Orada dəyişim olmasa, transformasiya aldadıcı ola bilər. Siyasi dəyişikliklər isə bir neçə addımda görünə bilər. Misal üçün, dialoq, Seçki Məcəlləsinin dəyişikliyi, seçkidə siyasi iradəni nümayiş edəcək mövqe və sair. İnanmaq istəyirəm ki, atılan addımların ardınca bu addımlar da olacaq".

AĞ Partiyanın sədri Tural Abbaslı da bildirdi ki, iqtidarın siyasətini nisbətən dəyişmək xətti tutduğu görünür. Bu dəyişim cəhdləri hələlik özünü ancaq əhali ilə birbaşa təmasda və əhalinin sosial problemlərinin həllində göstərir: “Biz bir müxalifət partiyası olaraq təbii ki, bu yöndə olan müsbət addımları təqdirəlayiq hesab edirik. Eyni zamanda bu tədbirlərin qısa bir müddətə hesablanmış kiçik siyasi addımlar deyil, köklü sosial, iqtisadi, siyasi islahatların başlanğıcı olmasını arzulayırıq. Təəssüf ki, sosial, iqtisadi sahədə edilən nisbi açılımlar hələlik siyasi səhnədə özünü göstərmir. İstər siyasi məhbuslar, istər azad mətbuat, istər sərbəst toplaşma azadlığı, istərsə də siyasi partiyaların fəaliyyətlərini stimullaşdıracaq addımlara, islahatlara ehtiyac var. Bütün bu sadaladığım sahələrdə müsbətə doğru açılımlar və islahatlar olmasa, digər sosial, iqtisadi açılımların faydası az olar. Əgər hakimiyyət bu və ya digər səbəbdən islahatlara qərar veribsə, bu, tam və köklü edilməlidir, siyasi sahəni də əhatə etməlidir. Təbii ki, burada hakimiyyətlə müxalifət arasında normal, sivil ölkələrdə olduğu kimi dialoq qurulmalıdır. Siyasi münasibətlər sistemində dəyişikliklər edilməli və partiyaların ölkə həyatındakı rolu artırılmalıdır. Sözün həqiqi mənasında çoxpartiyalı sistemin mövcudluğu təmin olunmalıdır”.

AMİP katibi Əli Orucov da qeyd etdi ki, İlham Əliyev bir sıra sosial-iqtisadi problemlərin çözülməsi ilə bağlı əməli addımlar atmaqdadır. AMİP bunu təqdir etməklə bahəm, prosesin davamlı olmasını, siyasi sferanı da əhatə etməsini istəyir: “Nəzərə almaq lazımdır ki, iqtidarın vəzifəsi xalqa xidmət etmək, ona layiqli həyat şəraiti təmin etmək, dövləti normal idarə etməkdir. Bunu ölkə rəhbəri də açıq bəyan edir. Mən prezidentin son dönəmlərdəki fəaliyyətini kölgəyə salmaq niyyətində olmasam da, hesab edirəm ki, siyasi sistemdə də islahatlar olandan sonra bunları köklü islahatlar kimi qiymətləndirmək daha düzgün olacaq. Çünki ölkədə həm də siyasi və idarəetmədə, siyasi institutlarda ciddi problemlər qalmaqdadır. Bunlar bir-birini tamamlamasa, paralel getməsə, sosial-iqtisadi sahədə də arzu edilən ciddi uğurlar qazanmaq mümkün olmaz. Ölkədə siyasi dialoq, qarşılıqlı hörmət və etimad mühiti yaradılmalıdır. Başladılan islahatları davamlı, daha dərin qatlara aparmaq, eləcə də hakimiyyət daxilindəki bəzi mürtəce qüvvələrin müqavimətini dəf etmək üçün mütərəqqi qüvvələrə, konstruktiv müxalifət düşərgəsinin yardımına ehtiyac duyulacaq. Bu zərurətdir. Ona görə də iqtidar-müxalifət dialoqu qaçılmazdır. Əslinə qalsa, iqtidar-müxalifət dialoqu mütəmadi olmalıdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru