DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                 

“Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!” - YAP-çı deputat
Tarix: 21-02-2019, 08:29 | Çap et
“Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!”
Kinodramaturq Rüstəm İbrahimbəyov “Exo Moskvı” radiosuna müsahibə verib. Müsahibəsində o, mərhum prezident Heydər Əliyevlə münasibətlərindən başlamış, son hadisələrədək, həmçinin prezident İlham Əliyevin sayəsində Azərbaycana qayıtmaq imkanı yaradılmasına qədər bir sıra məsələlərdən danışıb.

“Heydər Əliyevə nisbətən İlham Əliyevlə münasibətlərim daha yaxşı alındı. Heydər Əliyevlə münasibətlərim çox mürəkkəb idi. Çünki Heydər Əliyeviç DTK-nın sədri idi. Həyatım boyunca qarşılaşdığım ən ağıllı adamlardan biri idi. İncəsənətdən o qədər də yaxşı baş çıxarmırdı. Onunla görüşəndə söhbət başlayırdı. Söhbət isə əsasən incəsənətlə bağlı olurdu. Onunla ünsiyyətdə olduğum vaxt ərzində - bu isə bəzən bir saat, saat yarım olurdu - o öyrənirdi və söhbətin sonunda mənim arqumentlərimi asanlıqla vurmağa başlayırdı. Bu, çox güclü analitik ağıl idi”, İbrahimbəyov bildirib. (Virtualaz.org)

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov isə “Yeni Müsavat”a müsahibəsində R.İbrahimbəyovun dedikləri ilə qəti şəkildə razılaşmadı:

- Hamısı cəfəngiyyatdır. Bilirsiniz ki, ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinə həmişə diqqət göstərib. Əgər tarixə nəzər salsanız, görərsiniz ki, o dövrdə sənət adamlarına fəxri adların verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil alması ümummilli liderin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Köhnə nəsil xatırlayır ki, həftənin bir günü, yaxud ayda iki dəfə hər bir rəhbər vəzifəli şəxslərin musiqi təfəkkürünün formalaşdırılması, mədəni səviyyəsinin yüksəldilməsi üçün filarmoniyaya, digər ünvanlara getməsini məcbur edirdi. Həmçinin incəsənət adamlarına da həmişə diqqət göstərib. Tikinti ilə məşğul olan şəxs ümummilli lideri görəndə deyib o, tikinti üzrə mütəxəssisdir, musiqiçi görəndə deyib musiqi mütəxəssisidir, kinorejissor görəndə deyib kinorejissordur. Elə bir sahə yox idi ki, Heydər Əliyev o sahəni əzbər bilməsin. Heydər Əliyevin heç bir müəllimə ehtiyacı yox idi. Mən çox adamlarla söhbət etmişəm. Səhiyyə haqqında akademiklərlə danışaraq onları təəccübləndirirdi. Hamı deyirdi bu, həkimdir. Çünki ümummilli lider Moskvada işləyəndə səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrə rəhbərlik edirdi. Həm də o, öz üzərində daim işləyirdi, oxuyurdu, məlumatlar toplayırdı, analiz edəndən sonra hər hansı tədbirə gedirdi. Məsələn, bir dəfə gözəl söz dedi ki, mən bağça uşaqlarının qarşısına çıxanda da hazırlaşıram, akademiklərin qarşısına çıxanda da. Yəni bir tərbiyəvi dərs keçirdi. Həmçinin hələ məktəbli olanda tamaşalarda oynayıb, həmişə bu sahəyə meylli olub. Eyni zamanda daim incəsənət adamları ilə ünsiyyətdə olub. Müslüm Maqomayevi daim himayə edib. Yaxud SSRİ Mədəniyyət Nazirliyi Niyaziyə ad vermək istəmirdi ki, dirijorlara yüksək ad nəzərdə tutulmur. Heydər Əliyev Brejnevlə olan münasibətindən istifadə edib Niyaziyə adlar verdirdi. Dedi, yoxdursa, qoy olsun! İndi çox aşağı səviyyədə düşünülmüş məsələdir ki, məndən öyrənirdi. Sən kim idin ki? O vaxt səndən qat-qat üstün olan kinematoqrafiya bilənlər, kino mütəxəssisləri, rejissorlar var idi.

- Rüstəm İbrahimbəyov “Mənimlə haqq-hesab çəkənlər düşmənlərimdir” deyib, ad çəkməsə də, prezidentin əhatəsini ittiham edib. Bu iddialar barədə nə deyə bilərsiniz?

- Prezidentin ətrafında olanlar məgər ona demişdi ki, sən tamamilə başqa bir sahənin adamı, bir sutka belə, siyasətlə məşğul olmayan, bu işlərdə heç bir təcrübəsi olmayan, müəyyən qrupların, dairələrin təhriki ilə... Azərbaycanda milli-azadlıq hərəkatı olub, sən milli-azadlıq hərəkatında olmusanmı? Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı törədilib, Azərbaycanın əraziləri işğal edilib, bunlarla bağlı sən bir veriliş çəkib, bir çıxış edibsənmi, bir qəzetdə, çox demirəm, yarım səhifəlik yazını göstərə bilərsən? Amma Milli Şura yaradıb prezidentliyə namizəd kimi çıxış edirsən. Təbii ki, hər bir vətəndaşın hüququdur. Amma o vətəndaşın hüququdur ki, başqa dövlət qarşısında öhdəliyi olmasın. Üstəlik də bir vətəndaşlığı olan, Azərbaycan vətəndaşı...10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan. Bu adam son 10 il müddətində Azərbaycan ərazisində daimi yaşamayıb, həmçinin başqa dövlət qarşısında öhdəliyi var. Gördüyünüz kimi, Rusiya Konstitusiya Məhkəməsinə müraciət etdi, həmin sənədi buna təqdim etdilər. Hələ mən vergidən yayınma, digər məsələləri kənara qoyuram, onlara qarışmıram. Amma bununla yanaşı, Azərbaycanı ədalətsiz şəkildə tənqid edən, tənqiddən də o tərəfə keçən, Azərbaycan xalqına yuxarıdan-aşağı baxan... Elə son filmi... Erməni haqqında çəkdiyi. Guya Azərbaycanda erməninin başına oyunlar açıblar. Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!

- Ümumiyyətlə, İbrahimbəyovun uzun fasilədən sonra Bakıya gəlişini necə qarşıladınız?

- Azərbaycanda ümummilli liderin dövründən humanizm siyasəti ən əsas, aparıcı siyasi xətdir. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda 70-dən artıq əfv, 13-ə qədər amnistiya aktı olub. Prezidentimiz də bu xəttə sadiqdir. Heydər Əliyevin ölüm hökmünü ləğv etməsi, dəfələrlə günahlarını başa düşüb müraciət edən şəxslərin bağışlanılması hamısı göz qarşısında olub. Elə Mehriban xanım tərəfindən irəli sürülən son amnistiya aktı minlərlə insana tətbiq olundu. Yadımdadır, AXC-Müsavat hakimiyyəti bir il çəkmədi, 7 nəfəri elə o dəqiqə güllələdilər. Amma humanizm siyasəti bu dövlətin, prezidentin əsas apardığı xətlərdən biridir. Günahını başa düşən, etiraf edən hər bir şəxs bağışlanması ilə bağlı müraciət edir və uyğun qərarlar verilir. Bağışlamaq da böyük Allaha və konstitusiya ilə prezidentə aiddir. O baxımdan da mən fürsətdən istifadə edib sizin qəzet vasitəsilə həm xaricdə oturub bu gün erməni lobbisinin, ayrı-ayrı dairələrin verdiyi maliyyə hesabına Azərbaycan xalqına, dövlətinə böhtan yağdıran, şər deyən, söyüş söyən, o cümlədən Azərbaycanın daxilində dövlətimizin nailiyyətlərinə sevinməyən, üstəlik, olan şeyləri öz adlarına çıxmaq istəyən, bunu keçirilən mitinqlərlə əlaqələndirənlərə, dövlətinə qarşı düşmənçilik siyasəti aparan insanlara üzümü tutub demək istəyirəm: hələ ki gec deyil, tövbə qapıları açıqdır.

- Rüstəm İbrahimbəyovun siyasətdən birdəfəlik getdiyi barədə məlumatlar var...

- Yenə deyirəm, bu adam siyasətlə məşğul olmayıb. Rusiyada “Milyarderlər ittifaqı” var idi, salmışdılar ortaya, 5-10 manat da pul vermişdi. Özünə hörmət edən, siyasətlə heç vaxt məşğul olmayan adam 80 yaşında gəlib deməz ki, mən siyasi fəaliyyətlə məşğul olmaq istəyirəm. Siyasəti ya əvvəldən başlamalısan, ya da heç başlamamalısan. Hərə öz peşəsi ilə məşğul olsa, yaxşı olar.

- Rüstəm İbrahimbəyov sizi yubiley məclisinə dəvət etsə, gedərdiniz?

- Yox.

- Niyə?

- (Gülür) Hərənin öz əqidəsi var, mənim də əqidəm belədir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru