SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                 

“Qəlbimdə hörmətlə yanaşdığım müxalifətçilər var” - deputat
Tarix: 27-02-2019, 08:38 | Çap et
“Qəlbimdə hörmətlə yanaşdığım müxalifətçilər var”
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Yeni Müsavat”a geniş müsahibə verib. Gündəmdəki müxtəlif məsələlərdən bəhs edən söhbətimiz zamanı komitə sədri sensasion açıqlamalar verdi, məsələlərə özünəməxsus yanaşmaları ilə bəzi hallarda bizi xeyli təəccübləndirdi. Adətən bir çoxlarının “quru adam” kimi xarakterizə etdiyi Arif Rəhimzadə əslində həmin şəxslərin təqdim etdiyi kimi deyilmiş. Üstəlik, çox dəqiq adam imiş. Görüş yerinə - Əhmədlidəki “Heydər parkı”na danışdığımızdan da bir neçə dəqiqə əvvəl gəlmişdi. Hətta parkı gəzib-dolaşmağa da vaxt tapmışdı. Söhbəti təqdim edirik:

(Əvvəli ötən sayımızda)
- Bəs talançılıq? Məsələn, prezidentin etimad göstərdiyi məmurun bir gün dövlətin, xalqın sərvətlərini taladığı üzə çıxırsa, onda necə? Belələri ilə necə mübarizə aparmaq lazımdır?

- Əlbəttə, nəzarət gücləndirilməlidir və elə məmurlara qarşı çox kəskin mübarizə aparılmalıdır.

- Komitə sədri olaraq münasibətinizi bilmək istərdim: ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinin geniş maraq doğurmamasının səbəbi nədir? Sizcə, nədən bələdiyyə seçkiləri və bələdiyyələr qardaş Türkiyədəki qədər özünə maraq cəlb edə bilmədi?

- Türkiyə bələdiyyələri ilə bizimkiləri müqayisə etmək düzgün olmazdı. Türkiyədə bələdiyyə institutunun tarixi yüz ildən çoxdur. Demək istəmirəm ki, bizim bələdiyyələrimizin Türkiyə səviyyəsinə çatması üçün 70-80 il müddət tələb olunur.

- Bələdiyyə seçkilərində gənc namizədlərə üstünlük veriləcəyi barədə anonslar eşidilir. Parlament seçkilərində də tərkibdə ciddi dəyişikliyin edilməsi gözlənilirmi?

- Cənab prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri gənclərə üstünlük verməsidir. Bələdiyyə orqanlarının tərkibində də, əlbəttə, parlamentdə də bu məsələlər öz əksini tapır və tapacaq. Ancaq nə bələdiyyələrə, nə də parlamentə üzvlər təyin edilmir, onlar xalq tərəfindən seçilirlər. Gənclər bu işə hazır olduqca seçkili orqanların tərkibində onların xüsusi çəkisi tədricən arta bilər.

- Ümumiyyətlə, siz parlamentin indiki tərkibinin fəaliyyətindən razısınızmı?

- Hesab edirəm ki, Milli Məclis məhsuldar işləyir və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Milli Məclisin ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının yaradılmasında, beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə Azərbaycanın mövqeyinin müdafiəsi, qarşılıqlı dostluq münasibətlərinin yaradılması sahəsindəki səmərəli fəaliyyətini xüsusi qeyd etməliyəm.

- Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı hərbi əməliyyatların başlanması vaxtıdırmı, yoxsa Paşinyan hökuməti ilə də danışıqların davam etdirilməsinin tərəfdarısınız?

- Son illər Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində müsbət fəaliyyətin şahidiyik. 2016-cı ilin aprel döyüşləri, keçən il Naxçıvan ərazisində aparılan uğurlu əməliyyatlar göstərdi ki, ordumuz həm hərbi-texniki, həm də mənəvi-psixoloji hazırlıq sahələrində yüksək nəticələr qazanmışdır. Lakin müasir dünyada təkcə bu məsələlərə əsaslanmaq düzgün olmazdı.

- Arif bəy, Azərbaycanda “beşinci kolon”un fəaliyyətindən çox danışılır. Necə bilirsiniz, həmin qüvvələr hansı ölkələri təmsil edir və məqsədləri nədir?

- Azərbaycan müstəqil siyasət aparan və özünü bütün sahələrdə təmin edən bir ölkədir. Bu, heç də qonşularımızın hamısını təmin etmir. Azərbaycandan hərəsinin bir siyasi və iqtisadi umacağı var. İstəyirlər ki, bir çox məsələlərdə Azərbaycan onların mövqeyinin tərəfdarı olsun. Hazırda dünyanın bir neçə mərkəzlərində elə bir düşüncə yaranıb ki, yalnız onların siyasəti, hərəkəti düzdür və hamı o istiqamətdə fəaliyyət göstərməlidir. Hətta belə bir düşüncə mövcuddur ki, onların təklif və göstərişləri düz olduğu üçün hamı tərəfindən tam qəbul olunmalıdır. Siyasi məsələlərlə bərabər iqtisadi maraqlar da mövcuddur. Azərbaycanın əleyhinə maraqları olan belə dairələr heç nədən çəkinmirlər. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu aşağı salmaq və ölkədə narazılıq yaratmaq məqsədilə atasını, anasını tanımayan, puldan ötrü vətəninə xəyanət etməyə hazır olan adamları tapıb onları maliyyələşdirir, xalqın, dövlətin və ölkə rəhbərinin üstünə qısqırırlar.

- Erməni diasporunun bu məsələlərdə rolu nə qədərdir?

- Əlbəttə, burada erməni diasporunun rolu da az deyil, ancaq mən hesab etmirəm ki, bunların hamısı onların işidir. Əfsus ki, bu məsələlərdə bir çox halda bizim xarici dövlətlərdə olan diaspor təşkilatlarımız və əslən azərbaycanlı olanlar da biganəlik göstərirlər. Belə şəraitdə bəziləri hesab edirlər ki, iqtidar nümayəndələrini əsassız tənqid və təhqir edə bilərlər, xaricdəki Azərbaycana zidd dairələrin sifarişlərini müti qaydada yerinə yetirirlər. Onların fəaliyyəti problemlərin həllinə deyil, əksinəb ölkədə problemlərin yaradılmasına yönəldilib. Xaricdə özlərinə havadarlar tapan bu üzdəniraq qüvvələrin məqsədi prezident İlham Əliyevin səriştəli rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları qaralamaq və bununla da ictimai rəyi çaşdırmaqdan ibarətdir. Onlar son 15 ildə ölkəmizin sosial-iqtisadi uğurlarını, əhalinin rifahının yaxşılaşmasını, milyonlarla vətəndaşlarımızın işlə təmin olunmasını görmək istəmirlər və bu işlərin miqyasını dərk etmək iqtidarında deyillər. Lakin qədirbilən xalqımız əldə olunan iqtisadi uğurların, məcburi köçkünlər üçün salınan çoxsaylı qəsəbələrin, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilən avtomobillərin və evlərin, məhz prezident İlham Əliyev siyasətinin məhsulu olduğunu qiymətləndirir və təqdir edir.

- Milli Məclisin bir sıra deputatları vəzifələrə təyin olunub. Bir az əvvəl dövlət başçısı gənc həmkarınız Zahid Oruca yüksək etimad göstərdi...

- Hörmətli Zahid Oruc da, yüksək vəzifələrə təyin olunan digər deputatlar da gənc nəslin layiqli nümayəndələridir. Möhtərəm prezident İlham Əliyev bununla yenə də göstərir ki, gənclərin inkişafına böyük əhəmiyyət verir.

- Heç ürəyinizdən belə bir istək keçibmi ki, filan postda olsaydım, başqa cür işlərdim?

- Təbii ki, mən bildiyim sahəyə təyin olunsaydım, oraya xeyir gətirərdim. Amma sözün doğrusu, hesab edirəm ki, cənab prezidentin cavanları irəli sürmə siyasəti tamamilə doğrudur. Çünki nəsillər arasında bir rabitə, əlaqə olmalıdır. Əlaqə məhz bu yolla yaranır.

- Arif müəllim, xarakter etibarilə sərt adam təsiri bağışlayırsınız. Maraqlıdır, sizin nəzərinizcə, güllələnmə cəzasının ləğvi doğru idimi?

- Güllələnmə hökmü...Ruslar “izbiratelnıy” deyirlər. Gərək seçilmiş olaydı. Misal üçün, Norveçdə bir nəfər 60-70 adam güllələyib, ona ömürlük cəza veriblər. Ancaq həmin məhbus şikayətlənir ki, internetinin sürəti kifayət qədər deyil. Əlbəttə, belə adamları güllələmək lazım idi. Ancaq əlindən xəta çıxanları, ehtiyatsızlıq edənləri güllələmək olmaz. Bunların hamısına ömürlük cəza verib büdcənin öhdəsinə götürmək düzgün deyil. Ümumiyyətlə, Avropada demokratiyanın mahiyyətinə yox, demokratiya sözünə aludəçilik yaranıb. Bununla da əslində adamları demokratiyadan uzaqlaşdırırlar. Elə Norveçdəki hadisə buna misaldır. Özü də belə hallar az deyil.

- Hakim olsaydınız və güllələnmə hökmü olsaydı, kimi gülləmək istərdiniz?

- Ən qatı...(pauza)

- Müxalifətçini?

- (Gülür.) Yox, söhbət müxalifətçidən getmir. Məhkəmə olmalıdır. Həmin şəxsin cinayətləri bilinməlidir. Hansısa bir şəxs haqqında deyə bilmərəm ki, o, güllələnsin və s.

- Müxalifətə münasibətiniz necədir?

- Hesab edirəm ki, müxalifət olmalıdır. İntəhası, müxalifət başqa yolla ölkənin inkişafını göstərən qüvvə kimi fəaliyyət göstərməlidir. Yəni alternativlər təqdim etməlidir. Ancaq mən söyüş söyüm, deyim ki, bu, pisdir... Pisdirsə, sən yaxşısını de!

- Hörmətlə yanaşdığınız müxalifətçilər var?

- Əlbəttə, var.

- Heç onlarla üz-üzə gəlirsinizmi, söhbət edirsinizmi?

- Əfsuslar olsun ki, görüşüm olmur. Ancaq qəlbimdə hörmətlə yanaşdığım insanlar var.

- Müxalifətçilər?

- Əlbəttə.

- Uzun illərdir Milli Məclisdəsiniz. Müstəqillik dövründəki bütün çağırışlarda mandat qazanmısınız. Bir sıra hallarda deputat həmkarlarınızın sərvətləri barədə məlumatlar yayılır. Nədənsə sizdən heç yazılmır. Deyəsən, var-dövlətinizlə bağlı məlumatları çox möhkəm saxlayırsınız. Bəlkə sirrinizi açasınız...

-(Gülür.) Sirr məsələsi deyil. Mənim elə bir mülküm yoxdur. Küçədə də deyiləm, yaşamaq üçün şəraitim var. Ümumiyyətlə, mən böyük mülklər tikdirməyin, təmtəraqlı həyatın tərəfdarı deyiləm. Görürsən ki, bəzəkli daşlarla tikirlər... Mən, sadəcə, yaşamaq üçün şərait qurmuşam və yaşayıram.

- Yəni villada?

- Həyət evidir. İndi villa, ya nə deyirsiniz... İki mərtəbəli evdir.

- Həyətində nələrsə əkirsiniz?

- Hə, əkirəm, özüm də becərirəm.

- Bağınızda hansı ağaclar var?

- Birincisi, mən oradakı şamların heç birini kəsmədim. Bir neçə dənə də meyvə ağacları var. Zeytun, ərik, feyxoa ağacları, çoxlu qızılgüllər var.

- Nəvələrinizlə vaxt keçirməyə imkan tapırsınız?

- Əlbəttə, vaxt ayırıram. İki nəvəm var.

- İstirahətinizi harada keçirməyi xoşlayırsınız?

- Sözün doğrusu, elə evimdə, həyətimdə. Ayrı-ayrı hallarda dost-tanışlara qonaq gedirəm.

Beləcə, söhbətimizi yekunlaşdırmalı oluruq. Deyir saat 11.00-da işdə, Milli Məclisdə olmalıdır. Dəqiq adamın iş qrafikinə xələl gətirmək istəməyib, “açıq havada, açıq söhbət” təklifimizi dəyərləndirdiyi üçün təşəkkür edirik və kifayətlənirik.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru