MƏMURLARDAN В«JURNALİST PULUВ» YIĞIRLAR
Tarix: 20-10-2011, 10:53 | Çap et
PREZİDENTİN AYIRDIĞI 5 MİLYON MANATI KİM MƏNİMSƏYİB?
DİA.AZ: - Neçə müddətdir ki, qəzetimiz tərəfindən prezidentin jurnalistlərin yaşayış evləri ilə təmin olunması məqsədilə ayırdığı 5 milyon manat vəsaitin aqibəti ilə bağlı həyəcan təbili çalmasına baxmayaraq, hələ də rəsmi dillər bu barədə susur. Kimsə bu barədə danışmaq istəmir. Yalnız quru vədlər verilir. Üstündən bir ildən artıq müddətin keçib, amma nə jurnalistlər üçün tikiləcək binanın yeri müəyyən olunub, nə də bu məsələnin həll olunacağı ilə bağlı fikir qətiləşib.
Bildirək ki, Bibiheybət qəsəbəsi ərazisində Dövlət Neft Şirkətinə aid torpaqdan bu məqsədlə pul ayrılmışdı. Lakin sonradan məlum oldu ki, əslində ARDNŞ şefi Rövnəq Abdullayev heç də həmin ərazinin jurnalistlər üçün ayrılmasına razılıq verməyib, sadəcə olaraq bu prosesdə əsas maraqlı tərəf kimi çıxış edən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənov həmin ərazini ARDNŞ-dən qoparmaq marağını güdürmüş.
Bununla bağlı yayılan məlumatlarda vurğulanır ki, əslində həmin ərazi inşaat işləri üçün, xüsusən də bir binanın tikintisi üçün yararlı deyil. Bu barədə hətta ARDNŞ-də də məlumatlı olublar. Amma buna baxmayaraq, Əli Həsənovun təşəbbüslərinə kimsə mane olmayıb. Sonradan isə məlum olub ki, ərazi bina tikintisi üçün yararsızdır. Elə həmin əraziyə yaxın yerdə inşa olunan çoxlu sayda beşmərtəbəli binanın teleyi belə bu günə kimi qaranlıqdır. Çünki qurunt sularının yığışdığı yerin qurudulmasından sonra tikilən həmin binalar günü bu gün də məskunlaşmayıb. Buna səbəb kimi isə binaların 3-cü mərtəbəsinə qədər divarların nəm çəkməsidir. Və proqnozlaşdırılır ki, həmin binalar məskunlaşacağı təqdirdə onların çökmə ehtimalı çox yüksəkdir. Çünki boşluğun və gölün üzərində inşa olunması bu aqibəti qaçılmaz edir.
Jurnalistlər üçün gözqarası edilmiş ərazinin isə bir vaxtlar neft quyusunun yeri olduğu məlum olub. Amma Əli Həsənov buna rəğmən istismar müddəti başa çatmış neft quyusunun üzərində jurnalistlərə bina tikməyə həvəsli idi.
Təbii ki, bütün bunlar gələcəyə hesablanmış addımlardır. Amma hələlik həmin 5 milyon manatın taleyi qaranlıq olaraq qalır. Bu barədə əldə olunan xəbərlərdə vurğulanırdı ki, əslində jurnalistlər üçün nəzərdə tutulan evin inşası məqsədilə ayrılan 5 milyon manat Əli Həsənovun yaxın adamları tərəfindən xarici banklarda dövriyyəyə buraxılıb və bu hesabla bir ay ərzində külli miqdarda qazanc əldə olunur. Elə buna görə də, binanın inşası da yubanır.
Amma dünən redaksiyamıza bununla bağlı başqa bir məlumat daxil olub. Mötəbər mənbələrin В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirdiyinə görə, əslində prezident pulun ayrılmasına göstəriş versə də, həmin pul ayrılmayıb. Sadəcə olaraq tam olaraq mənimsənilib və nəzərdə tutulub ki, həmin vəsait ayrı-ayrı məmurlardan və iş adamlarından yığılacaq. Bu barədə mənbənin söylədikləri:
В«Artıq bəzi oliqarx-məmurlara, iş adamlarına və eləcə də icra başçılarına В«jurnalist pulununВ» yığılması barədə göstəriş verilib. Qeyri-rəsmi olan göstərişə əsasən, hər kəsin üzərinə müəyyən öhdəlik qoyulub. Ümumi olaraq isə 5 milyon manat toplanılmalıdırВ».
Mənbəmiz onu da bildirir ki, artıq bəzi məmurlar bu göstərişi etirazla qarşılayıblar: В«Hətta onlardan biri prezidentə şikayət edəcəyini də bildirib. Qeyd edib ki, prezidentin ayırdığı pulu kim mənimsəyibsə, o da həmin pulu geri qaytarmalıdır. Niyə bu pul başqalarının hesabına toplanılırВ».
Bir sözlə, bu faktın özü belə təsdiqləyir ki, Azərbaycan hələ də cəngəllik qanunları ilə idarə olunur. Jurnalistlərə gəlincə isə, onların həvəslə gözləməsinə də artıq lüzum yoxdur. Belə görünür ki, hakimiyyət nə həmin binanı tikən deyil, nə də pulu ortaya qoyan. Sadəcə olaraq düz bir il əvvəl prezident bizimlə zarafat etmiş, könlümüzü almışdı. Yəni söz olsun deyə, belə demişdi. Vəssalam.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27 |
|
|
|
| • Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24 |
|
|
|
| • Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13 |
|
|
|
| • İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40 |
|
|
|
| • TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31 |
|
|
|
| • Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
| • “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21 |
|
|
|
| • Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20 |
|
|
|
| • "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11 |
|
|
|
| • İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09 |
|
|
|
| • Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08 |
|
|
|
| • 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
| • “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49 |
|
|
|
| • Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46 |
|
|
|
| • Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26 |
|
|
|
| • "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17 |
|
|
|
| • Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16 |
|
|
|
| • Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02 |
|
|
|
| • ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00 |
|
|
|
| • Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37 |
|
|
|
| • Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10 |
|
|
|
| • "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16 |
|
|
|
| • Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12 |
|
|
|
| • Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02 |
|
|
|
| • Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01 |
|
|
|
| • "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54 |
|
|
|
| • Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
| • "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40 |
|
|
|
| • Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28 |
|
|
|
| • Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26 |
|
|
|
| • AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21 |
|
|
|
| • “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18 |
|
|
|
| • 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11 |
|
|
|
| • "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06 |
|
|
|
| • Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04 |
|
|
|
| • “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55 |
|
|
|
| • MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33 |
|
|
|
| • Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31 |
|
|
|
| • "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30 |
|
|
|
| • Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25 |
|
|
|
| • ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22 |
|
|
|
| • Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20 |
|
|
|
| • Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44 |
|
|
|
| • ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40 |
|
|
|
|