Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                     “Azərbaycanı təhlükə kimi görürük” .....                 

“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Tarix: 8-08-2026, 08:06 | Çap et

ABŞ Müdafiə Nazirliyi Rusiya və Çinlə mümkün müharibə ssenarilərinə uyğun olaraq qısa mənzilli taktiki nüvə silahlarının istifadəsinə üstünlük verən yeni nüvə strategiyası üzərində işləyir. Məlumata görə, Elbric Kolbinin rəhbərliyi ilə hazırlanan bu plan ABŞ prezidentinə təqdim ediləcək nüvə müdaxiləsi variantlarının yenilənməsini və ənənəvi müharibənin tam nüvə qarşıdurmasına çevrilməsinin qarşısını almağı hədəfləyir. Eyni zamanda, Pentaqon Çin, Rusiya və İranla əlaqəli qurumlara qarşı təhlükəsizlik məhdudiyyətlərini genişləndirərək qara siyahıdakı xarici təşkilatların sayını 130-a çatdırıb.

  • ABŞ-ın taktiki nüvə silahlarına daha çox önəm verməsi qlobal təhlükəsizliyi gücləndirən çəkindirmə siyasətidirmi, yoxsa nüvə silahından istifadənin “məhdud və mümkün” olduğu barədə təhlükəli bir presedent yarada bilər?

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin əvvəlində Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya taktiki nüvə silahı verməyə hazırlaşdığını açıqlayıb. Rusiya müvafiq qurumlar qarşısında məsələ qaldırsa da, tərəflər bu iddianı inkar edərək Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqaviləyə (NPT) sadiq olduqlarını bəyan ediblər.

“Nüvə silahının müharibələrin taleyinin həll olunmasında yekun faktor kimi çıxış etdiyini İkinci Dünya müharibəsindən hər kəs bilir. Lakin Yaponiyaya nüvə silahı atan ABŞ bundan dərhal sonra “soyuq müharibə” dövrünə qədəm qoydu və nüvə silahı yalnız çəkindirmə vasitəsinə çevrildi. Hazırda isə dünyada proseslər yenidən “nüvə baharı”na doğru istiqamət alır”, – deyə o bildirib.

Politoloq xatırladıb ki, 2024-cü ildə Rusiya öz nüvə doktrinasına dəyişiklik edib və ölkə ərazisinə birbaşa xarici təhdid olacağı təqdirdə taktiki nüvə silahından istifadə edə biləcəyini bəyan edib. Bu dəyişiklik Qərbdə Ukraynaya uzaqmənzilli raketlərin verilib-verilməməsi məsələsi müzakirə edilən vaxt həyata keçirilib. Rusiyanın dərinliklərini vurmağa imkan verən uzaqmənzilli raketlərin Ukraynaya verilməsinin qarşısını almaq məqsədilə Rusiya belə bir dəyişiklik etmişdi. Lakin ötən ilin sonunda Ukrayna həmin raketləri aldı və Rusiyanın dərinliklərində yerləşən strateji məntəqələr bu ilin əvvəlindən etibarən ciddi şəkildə vurulmaqdadır:

“Rusiya indiyədək müvafiq doktrinanı tətbiq etməyib, lakin edə bilər. Xüsusilə NATO ölkələrinə qarşı təhdidlərin artdığı, müharibənin genişlənmə riskinin olduğu bir dövrdə ABŞ çəkindirmə məqsədilə öz hərbi strategiyasına yeni başlıq əlavə etməyə qərar verib – taktiki nüvə silahından istifadə. Maraqlıdır ki, Pentaqonun hazırladığı yeni qanun qısa mənzilli raketlərlə taktiki nüvə silahının çatdırılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, İkinci Dünya müharibəsində olduğu kimi, ABŞ özü deyil, regional müttəfiqlərinin əli ilə bu silahdan istifadəyə yol verə bilər”.

Şəhla Cəlilzadə bildirib ki, istənilən halda bu, dünya üçün katastrofik ssenaridir. Bütün şəhəri deyil, müəyyən infrastrukturu yerlə-yeksan etməyə imkan verən taktiki nüvə silahının tətbiqi Rusiya və Çinə qarşı regional müharibələr kontekstində nəzərdə tutulsa da, təbii ki, müharibənin qlobal miqyas almasına səbəb ola bilər.

“Aydındır ki, Rusiya-Ukrayna müharibəsində məğlubiyyət ehtimalını nə Rusiya, nə də Qərb qəbul etmək istəmir. Tərəflərdən yalnız birində taktiki nüvə silahı olduğu və ondan istifadə edildiyi halda, bu, müharibənin sonlandırılmasını sürətləndirə bilər. Qarşı tərəfin də nüvə çəkindirici gücünün olması isə bu ssenarinin qarşısını almağa xidmət edəcək. Lakin mahiyyət etibarilə dövlətlərarası nüvə silahı yarışını gücləndirəcək bu dəyişiklik qlobal miqyasda təhlükəsizlik risklərini də artıracaq”, – deyə o əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
• ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru