
"27 sentyabr 2020-cidə Vətən müharibəsi başlayanda arzumuz, istəyimiz o idi ki, Əsgərimiz dayanmasın, sona qədər Vətən torpağını düşməndən təmizləsin – amma, bu arzu, istək, emosiya idi, ağıl isə deyirdi ki, heç olmasa bir neçə rayonumuz düşməndən təmizlənsin, sonra danışıqlarda daha güclü mövqe ilə digər rayonlarımız haqqında da məsələni kəskin qoya bilək..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Etiraf edim ki, 27 sentyabrda Şuşa, Laçın, Kəlbəcər, hətta Ağdamın azad ediləcəyini düşünmək gözəl olsa da, inanmaq çox çətin idi, hətta, mümkünsüz görünürdü.
Allahdan arzum budur ki, Şəhidlərimizin ruhu, Qazilərimizin sağlamlığına layiq olan Rifah Dövləti qura bilək, bunun üçün çalışaq! Vətəni qoruya bilməsən əkib-becərməyə dəyməz, qoruya bildik, indi əkib-becərmək, bolluq yaratmaq, vətəndaş məmnuniyyətinə nail olmaq zamanıdır!
Mümkünsüzü reallığa çevirən Azərbaycan Əsgərinə, əlində silah məmləkəti qoruyan bütün hüquq-mühafizə orqanları əməkdaşlarına eşq olsun! Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı qismət etsin! Amin!.."
























