"DİA-AZ"da texniki fasilə .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                 

VAXT EHTİYACI
Tarix: 27-10-2011, 12:15 | Çap et
VAXT EHTİYACI

Şahin Ağabəylidən yazmaq üçün onun ölümünəmi ehtiyac var idi?

Bir neçə gün əvvəl Azər zəng etmişdi. Ordan-burdan danışdıqdan sonra dedi ki, bəs unutmamısan da, ayın 27-si Şahinin ilidir: В«Xüsusi buiraxılış hazırlayırıq. Sən də bir yazı verВ». Mən də dedim ki, yox, unutmamışam, yazını da yazaram.
Amma yalan danışırdım. Unutmuşdum. Şahini yox, Şahinin yoxluğunun üstündən bir il keçməsini. Necə xatırlaya bilərdim ki?.. Ölümünə inanmadığın adamın, ölümünün bir ilini necə xatırlaya bilərsən ki?..
Ondan sonra Azərlə iki dəfə də telefonla danışdıq. İkinci dəfəsində mən zəng etmişdim. Yenə də yalan söylədim. Yazını yazmaya-yazmaya, dedim ki, bu gün yollayacam e-mailinə. Yollamadım. Sonuncu dəfə də Azər zəng elədi. Yenə də başqa səbəblə. Və yenə də yazını gözlədiyini bildirdi. Mən yenə də arxayın elədim ki, narahat olma. Yazı hazırdır. Amma yenə də yalan danışırdım. Yazı hazır deyildi. Yazını yaza bilməmişdim. Və yaza biləcəyimə də gümanım yox idi.
Öz-özümdə fikirləşirdim ki, yəqin indi Azər mənim barəmdə başqa fikirdədir. Yəni deyir ki, Məhəmmədin əlində yazı yazmaq nədir ki, niyə yubadır… Yox, Azər də məni yaxşı tanıyır. Az müddətlik yoldaşlığımız olsa da, yaxşı bilir ki, mənim əlimdə yazı yazmaq asan bir məsələdir. Amma bu dəfə o məndən yazı istəmir axı…

*****

Yox, bu dəfə mən pas. Alınmır. Bir neçə dəfə cəhd etməyimə baxmayaraq, yenə də alındıra bilmədim. Öyünmək olmasın, həmkarlarım mənim yazı sürətimə və yazılarımın keyfiyyətinə bələddirlər. Amma bu dəfə hamını yanıltdığımın fərqinə vardım. Yaza bilmirəm. Alınmır. Mənlik iş deyilmiş. Qardaş itkisini qələmə almaq hər oğulun işi deyil.
Yox, birinci dəfə yazdığım yazı deyildi ki… Göz yaşım idi. Artıq bu bir ildə hər addımda yadıma düşən Şahin üçün o qədər ağlamışam ki, daha gözümün yaşı da qalmayıb. Ki, onu bu dəfə də Azərə yazı kimi sırıyım.

*****

Qoy, bir arxivə baxım. Bəlkə internetdə eşələnim. Görüm, hansı dahi haqqında nələri yazıblar, mən də onları oğurlayım, adları dəyişim və öz yazım kimi Azərə verim. Onsuz da Şahin elə bir adam idi ki, başqalarının barəsində deyilmiş bütün xoş sözləri onun da ünvanına söyləmək olar.
Axtarış verdim. В«QəhrəmanВ», В«dahiВ» sözlərini yazıb В«google.azВ»da axtarmağa başladım. Bir nəticə olmadı. Yenə də yük üstümdə qaldı. Şahin boyda yük. Yazmalı idim. Göz yaşı axıtmalı idim.

*****

Nə zamansa ağlıma belə gəlməzdi ki, Şahin haqqında yazı yaza bilərəm. Açığı deyim ki, sağlığında belə bir istəyinin olduğunu dəfələrlə hiss etmişdim. Bəs necə, adam lider olmaq istəyirdi. İstəyirdi ki, bir mübarizənin önündə getsin. Sıradan birisi deyildi mənim qardaşım…
Mən də ya paxıllığımdan, ya da xəsisliyimdən guya ki, bunun bu dostdan umulan istəyini duymurmuş kimi davranırdım. Bir dəfə, təxminən 5-6 il əvvəl, mənə dedi ki, barəmdə bir yazı yaz. Mən də zarafata salıb dedim ki, tələsmə, öləndə yazaram. O da mənə dedi ki, yox, ona qalsa, sənə mənim barəmdə yazı yazmaq qismət olmayacaq…
İndi görürəm ki, Şahin mənə yalan danışıb. Artıq özüm də bilmədən onun barəsində ikinci yazını yazıram. Amma onu liderliyə, siyasətə daşıyacaq yazını yox, onun yoxluğunu ovunduracaq bir yazını yazıram.
Lənətə gəlsin belə dünyanı…

*****

13 il dostluğumuz oldu. Əslində xarakterlərimizdə yetərincə fərqlər var idi. Amma yolumuzun birliyi bizi bir araya gətirmişdi. Və 13 il onunla yoldaşlığımız oldu. Səngərlərimizi ara-sıra dəyişsək də, ayırsaq da, hədəfimizi dəyişmədiyimizdən, hər dəfəsində yenidən bir yerdə В«yola davamВ» dedik.
Deyirdi ki, əksəriyyət В«səninlə mənim bir yerdə olmağımızı istəmirВ». Deyirdi ki, В«əgər biz bir yerdə yenidən bir işin qulpundan yapışsaq, çoxları bundan narahat olacaqВ».
Sonra razılaşıb, В«Milli YolВ»u yenidən bərpa etmək qərarını verdik. Şüarımızı da seçmişdik. Seçmişdik deyəndə, oğurlamışdıq: В«DURMAQ YOX, YOLA DAVAMВ».
Nəinki yolumuza davam edə bilmədik, heç bizi hərəkət etməyə qoymadılar. Başımızdan elə basdılar ki, ikimiz də yerimizdə qaldıq. Qəzetlərdə ««Milli YolВ» yenidən qayıdırВ» anonsu da yalan çıxdı.
Anladım ki, düz deyirmiş. Bizi bir yerdə görmək istəmirlər. Bu, kimlərisə narahat edir. Ona görə də bu birlik niyyətinin bədəlini ağır ödəməli oldum.

*****

Yox, deyəsən, mən Şahin barəsində daha yazı yaza bilməyəcəm. Yox, inanın ki, bu dəfə də ona paxıllıq edirəm, həsəd aparıram. O, artıq yoxdur. Hətta yoxluğuna belə paxıllıq edirəm. Necə də rahatdır. Daha onun boynuna yük olmayıb ki, Məhəmmədin ölümünə yazsın. Mənim boynuma yük olub ki, onun ölümünə yazım.
Burada da məni qabaqladı. Necə ki, məndən bir il tez dünyaya gəlmişdi, məndən hər işində öndə idi. Eləcə də ölüm məsələsində məni üstələməyi bacardı.
Mən pas. Qardaş, daha geri dönə bilərsən.

*****

Azərə bilmirəm nə deyəcəm. Onu necə inandıracam ki, mən artıq Şahin haqqında yazı yaza bilmirəm. YAZMAQ İSTƏMİRƏM. Ağırdır mənə. Bunu bacarmıram.
İnanmayacq ki… deyəcək, yəqin tənbəllik edirəm. В«Məhəmmədin əlində yazı yazmaq nədr kiВ» deyib, qaramca deyinəcək də.
Amma inan, bacarmıram. Mənim əlimdə yazı yazmaq çox çətin bir işdir, qardaş. Buna özüm də şahid oldum.

*****

Bir ilə bax, ey… Mən bu günləri başa düşə bilmədim də. Elə qaçırlar ki, elə bil harasa tələsirlər. Sanki insanların ölüm anınını tezləşdirməyə tələsirlər. İnsanlara yazılan ömrün daha tez bitməsinə tələsirlər.
Şahinə də 34 illik ömür yazılıbmış. İllərə, aylara, günlərə bax, ey… Nə tez yetişdirdilər bu tarixi. İmkan da vermədilər ki, oğlunu böyütsün. Hələ arzularını demirəm. Ona görə də, gözümün düşməni saatdır. Dostlar da bilir ki, qolumda belə saat gəzdirmərəm. Sevmirəm də bu fələyin axarını…

*****

Şahini birinci dəfə В«AzadlıqВ» qəzetinin redaksiyasının çayxanasında görmüşdüm. Onda bığları da var idi. Bir az da Ərdoğana oxşayırdı. Doğrudur, o vaxtlar Ərdoğanı tanımırdım. Bəlkə də Şahin Türkiyə mühitində uzun müddət yaşayan birisi kimi Ərdoğanı tanıyırdı. Amma mən tanımırdım. Ərdoğan geniş planda peyda olandan sonra bir dəfə Şahinə qayıdıb dedim ki, В«sənin də Ərdoğan versiyan var idi ha, qaqa»… Dedi ki, yenə bığ saxlamaq fikrindədir. Amma imkanı olanda.
İmkan deyəndə, pul-paranı nəzərdə tuturdu. Deyirdi, В«köhnə kişilər bığa qulluq ediblər, bizimki bığ deyil, burnun altında tük topasıВ».
İmkanı olmadı. Gedəndə də möhtac getdi. Möhtac olmasaydı, qardaşımın o ölüm yolunda nə işi var idi ki?.. Elə bizim hər birimizi ehtiyac yıxdı və yıxacaq.

*****

Arabir köhnə günləri yada salrdıq. Ən xoşladığımız yer В«TorqovıВ» küçəsi idi və orada gün ərzində az qala 5-6 saat yol ölçərdik. Nəsimiinin heykəlinin yanından start götürüb, В«Kukla teatrıВ»nın qarşısındakı keçidə qədər gün ərzində bəlkə də 20-30 dövrə vurardıq.
Hər dəfə qabaqda gedərdi. İkimiz də bilirdik ki, bolluca vaxtımız var. Əslində heç bir işimiz yoxdur. Eləcə vaxt öldürməyə gəlmişik. Amma vaxtı da tələsə-tələsə öldürürdü. Deyirdim ki, hara tələsirsən, asta get, mən də çatım.
Hər dəfə də bir Türkiyə mahnısını zümzümə edərdi. Əhməd Qayanı ilk dəfə onun zümzümələrindən tanımışam. O Əhməd Qayadan oxuyanda acığıma gedərdi. Deyirdim ki, В«o lənətə gəlmiş türk düşmənindən oxumaВ». Deyirdi, В«Əhməd Qaya bir başqa aləmdir, məni onun fikirləri yox, fikirlərinə olan münasibəti maraqlandırırВ».
Yenə də acığıma gəlirdi. Amma indi başa düşürəm ki, o, özünün inqilabçı ruhunun musiqili ifadəsini Əhməd Qayada tapırdı. Hətta fərqinə varmırdı ki, Əhməd Qayanın musiqilərinin körüklədiyi ocağın tüstüsü onun da canından artıq sevdiyi millətini kor qoya bilər. Amma yenə də o bir Əhməd Qaya vurğunu idi. Çünki o, öz aləmində başqa bir Əhməd Qaya yaratmışdı.

*****

Bilmirəm, onun adını kim qoyub. Amma onu bilirəm ki, В«hər kəs adının yaratdığı mahiyyətə uyğun formalaşırВ» ifadəsi doğru ifadədir və Şahinə Şahin adını qoyan yanılmayıb.
Tam Şahin idi. Həyatını da Şahin kimi yaşadı. Şahin həyatı yaşadı. Hər zaman zirvəyə can atdı.
Kimin sözüdür bilmirəm. Amma tam olaraq Şahinə uyğun gəlir. Deyirlər ey, şahinlər zirvəyə enirlər, amma ilanlar zirvəyə sürünə-sürünə qalxırlar.
Bax, Şahin zirvəfə enənlərdəndir. Yəni onun enişi belə onu zirvəyə qaldırdı. Sürünməklə heç arası olmadı. Sevmədi sürünməyi. Elə hakimiyyətdə olmaq istəyirdi. Arzusu idi ki, hakimiyyət adamı olsun. Onunla bir olanların hakimiyyəti olsun və o da rahat-rahat öz hakimiyyətinə söykənib adamlığını etsin. Arzusu idi.
Eh, o qədər arzuları var idi ki…

*****

İndi də ölümündən bir il ötüb. Azər məndən yazı istəyir. Deyir ki, Şahinin ölümünün ildönümüdür. Düz bir il keçib. Mən də yazı yazmalıyam. Nətər deyim ki, Azər mənim yazım olmayacaq. Elə köhnə yazımı verərsən.
Yəqin ki, Şahin də məndən inciməz. Əşi, inciyir incisin. Özü bizi az incitdi?..
Heç olmasa, əvəz-əvəz olarıq.
Yox, alınmayacaq. Əvəz-əvəz ola bilməyəcəyik. Şahini kim əvəz edə bilər ki? Şahin itkisini nə ilə əvəz etmək olar ki? Bu dəfə də məni məğlub elədin. Dəhşət adam imişsən.
Deyirlər ey, bizdə bir nəfəri dəyərləndirmək üçün onun ölümünü gözləyirlər. Düz deyirmişlər. Eləcə də var imiş. Biz də sıradan birisi olduğumuzu sübuta yetirdik. Sübut elədik ki, Şahinə dəyər biçməyimiz üçün onun ölümünü gözləyirmişik.
Əli qırılsın. Əlimdə nə idi ki?.. sağlığında barəsində bir-iki xoş kəlmə, əslində həm də reallığı yazsaydım, əlim quruyardı… İndi məndə ortaya çıxıb kişilənərdim ki, bax, qrdaşım haqqında hələ sağ olanda bunları yazmışdım.
Eləməmişəm. Nə biləydim ki… Elə bilmişəm ki, vaxtım çoxdur. Şahindir də… durub orda. O sağ, mən də salamat. Vaxtımın çoxluğunu düşünmüşəm. Və yanıldığımı indi-indi anlayıram. Sən demə, mənim vaxtım çox olsa da, Şahinin vaxtı az imiş.
Ona bir azca da vaxt versəydilər, nə olardı ki…

Məhəmməd ƏRSOY -DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "DİA-AZ"da texniki fasilə - DİQQƏT
Bu gün, 17:47
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru