AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                 

“Asmet LTD” şirkətinin rəhbəri nədən istefa vermək zorunda qalıb? - "Rüşvəti çatdıra bilmədiyim üçün istefa vermək qərarına gəldim"
Tarix: 29-09-2014, 09:17 | Çap et
“Asmet LTD” şirkətinin rəhbəri nədən istefa vermək zorunda qalıb?
Bir müddət əvvəl əcnəbi vətəndaşın başına gələnlərlə bağlı redaksiyamıza məlumat daxil olmuşdu. Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Bakıda avtomobil təmiri ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Taqavi Seyidrzanı Biləsuvar rayonu ərazisində zorla deportasiya edərkən əcnəbi vətəndaşı o qədər incidiblər ki, o, avtomobildən atılaraq özünü öldürmək istəmişdi. Və ciddi xəsarətlər almışdı. DMX-nin əməkdaşları bir gün sonra nəinki qanuna, ümumiyyətlə, insanlığa yaraşmayan addım ataraq ağır vəziyyətdə olan əcnəbini yenidən deportasiya etmək üçün Biləsuvara aparıblar. Və bu “əməliyyat”a DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəis müavini Rövşən Səfərov başçılıq etmişdi. Bu gün isə DMX-nin qanunsuz əməlləri, məmur özbaşınalığı ilə bağlı başqa bir əcnəbi vətəndaş — Türkiyə Respublikasının vətəndaşı Mehmet Uğursevərlər Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib. Yəni DMX-də baş verən qanunsuzluqlar artıq sistemli xarakter alır. Ona görə də problemə daha dərindən toxunmaq istəyirik. Azərbaycan Respublikası Prezdentinin təsdiq elədiyi “Dövlət Miqrasiya Proqramı”nda ölkəmizin miqrasiya siyasətinin əsasları mükəmməl şəkildə öz əksini tapıb. Ancaq buna baxmayaraq əcnəbi şəxslərlə, miqrantlarla bağlı problemlər azalmaq əvəzinə artmaqda davam edir. Əcnəbi iş adamlarının ölkəmizə gəlməsi, təkcə xarici kapitalın iqtisadiyyatımıza yatırılması, yeni iş yerlərinin açılması deyil. Bu həm də stabilliyin göstəricisidir və dövlətimizin müsbət imicinin formalaşmasında ciddi rol oynayır. Ancaq çox təəssüf ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) işini düzgün qura bilməməsi ciddi problemlər yaradır. Bu isə əcnəbi iş adamlarının narazılığına səbəb olur. Sözün düzü, DMX-nin rəhbərliyi dəyişəndə və Firudin Nəbiyev rəis təyin olunanda çoxu düşünürdü ki, vəziyyət müsbətə doğru dəyişəcək. Ancaq bu gözləntilər özünü doğrultmadı. Əksinə yeni rəhbərlik peşəkar kadrları işdən uzaqlaşdırmağa, öz savadsız “əlaltıları”nı iş başına gətirmyə başladı. Firudin Nəbiyevin “etimad” göstərdiyi şəxslərdən bir də onun “sağ əli” olan DMX -nin Miqrasiya Nəzarəti Baş İdarəsnin rəis müavini Rövşən Səfərovdur. Bütün əcnəbi iş adamları, miqrantlar Rövşən Səfərovun əlindən beziblər. Baş idarənin rəis müavini əcnəbi iş adamları ilə Xidmətin ofisindən kənarda, qeyri-rəsmi yerlərdə “konfidensial” görüşlər keçirir, onlarla sövdələşmələr aparır. Hər dəfə də xüsusi olaraq vurğulayır ki, mən Firudin müəllimin adından danışıram haa… İndi isə konkret olaraq Türkiyə vətəndaşının müraciətinə nəzər salaq. Türkiyə vətəndaşının dediyinə görə, Azərbaycan Dövlət Miqrasiya Xidməti onu ölkədən deportasiya eləmək istəyir. “Asmet LTD” şirkətinin keçmiş direktoru Mehmet Uğursevərlər qafqaznews.org-a bildirib ki, mən Dövlət Miqrasiya Xidmətindəki məmurların cinayətini ifşa elədiyim üçün mənə qarşı belə bir tədbir görürlər. Şikayətçi DMX-nin Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərovun qəbul etdiyi qərarı da bizə təqdim elədi.

Həmin qərarda göstərilir ki, “Asmet LTD” şirkətinin inzibati hüquqpozmaları ilə bağlı məsələyə 3 oktyabr 2014-cü il tarixdə baxılacaq. “Sizin “Asmet LTD”-yə nə aidiyyətiniz var” sualına şikayətçi belə cavab verdi: “ Beş il müddətində mən bu şirkətin direktoru olmuşam. Ancaq bu il Miqrasiya Xidmətinə rüşvəti çatdıra bilmədiyim üçün vəzifəmdən istefa vermək qərarına gəldim”. Mehmet Uğursevərlərin sözünə görə, şirkət hər il dövlət büdcəsinə müəyyən məbləğdə pul ödəyir: “ Bu məbləğ mənim Azərbaycanda yaşamağım və işləməyim üçün ödənilir. Ancaq bu qanuni məbləğdən başqa mən hər il Miqrasiya Xidmətinin əməkdaşı Əfrasim Aşurbəyova 1200 manat rüşvət verirdim.

“Asmet LTD” şirkətinin rəhbəri nədən istefa vermək zorunda qalıb?

DMX rəisi ona göstərilən etimadı doğrultmadı Ancaq bu il mən Aşurbəyovun tələb elədiyi pulu verə bilmədim. Ona görə də Miqrasiya Xidmətinin rəhbərliyi məni Azərbaycanda yaşamaq və işləmək hüququndan məhrum elədi. Ancaq məsələ bununla bitmədi. Miqrasiya Xidməti şirkətin özünü də cəzalandırmaq qərarına gəldi. Şikayətçinin sözünə görə, “Asmet LTD”-ni şəxsən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev cəzalandırıb. “Cəza nə ilə bağlı idi” sualına şirkətin keçmiş direktoru belə cavab verdi: “ Bir həftə əvvəl Xidmətin işçiləri birdən-birə “Asmet LTD”-nin Gəncə şəhərindəki ofisində yoxlamaya başladılar. Bu vaxt mən şirkətin ofisində idim. Mən şəkər xəstəsi olduğum üçün hər gün vaksinasiya elətdirirəm. Vaksinasiyanı şirkətdə işləyən həyat yoldaşım edir. Mən şirkətin ofisində olarkən Miqrasiya Xidmətinin əməkdaşları heç bir əsas olmadan məni saxladılar. Onlar məni şirkətin ofisində olmağımla bağlı rəsmi izahat yazmağa məcbur elədilər. Mən onların tələblərini yerinə yetirməyə məcbur oldum, ancaq yazdıqlarımı imzalamadım. Ona görə ki, mən yazdığım izahata Xidmətin əməkdaşları öz əlavələrini etmişdilər”.turrk DMX rəisi ona göstərilən etimadı doğrultmadı Türkiyə vətəndaşının sözlərinə görə, Dövlət Xidmətinin ona qoyduğu qadağaya baxmayaraq guya “Asmet LTD” şirkəti onun xidmətindən istifadə edir, ona görə də şirkət cəzalandırılır. Mehmet bəyin fikrincə, 3 oktyabr 2014-cü il tarixdə Miqrasiya Xidməti şirkəti cərimə edəcək. Türkiyə vətəndaşı qafqaznews.org saytı vasitəsilə öz ölkəsinin Azərbaycandakı səfiri cənab İsmail Alper Coşquna müraciət edərək onun hüquqlarını qorumağı xahiş edir. Biz deyilənlərə aydınlıq gətirmək üçün Əfrasim Aşurbəyovla əlaqə saxlamaq istəsək də, Xidmətdən bildirdilər ki, o, hazırda ölkə xaricindədir. Biz Türkiyə vətəndaşının şikayəti ilə bağlı Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə zəng elədik. Şöbənin əməkdaşı Fizuli (familiyasını deməkdən imtina etdi ) bizdən xahiş etdi ki, şikayəti Xidmətin ünvanına göndərək. O, bildirdi ki, biz araşdırma aparıb nəticə ilə bağlı sizə məlumat verəcəyik. “Biz nə vaxt cavab ala bilərik” sualına Xidmətin əməkdaşı belə cavab verdi: “ Mən deyə bilmərəm. Bu, araşdırmanın müddətindən asılı olacaq”. Redaksiyadan: Hər iki əcnəbinin başına gələnlər bir daha onu göstərir ki, söhbət hansısa əməkdaşın, yaxud idarə rəisinin qanunsuz hərəkətindən deyil, məhz DMX rəisi Firudin Nəbiyevin yerində olmamasından gedir. Həm də bütün əməkdaşlar açıq şəkildə bildirir ki, biz Firudin müəllimin adından danışırıq. Digər tərəfdən Türkiyə vətəndaşına göstərilən münasibət, Ulu Öndərin “Bir millət iki dövlət” şüarına nə dərəcədə uyğundur? Bəlkə, bu suala Firudin müəllim özü cavab versin?!
\\ qafqaznews.org \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru