Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                     “Azərbaycanı təhlükə kimi görürük” .....                 

Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... - BACARMADI!
Tarix: 20-07-2026, 06:18 | Çap et

Uzun illərdir Azərbaycan təhsili sözün əsl mənasında reanimasiyadadır. İdarəedicilər dəyişir, nazirlər dəyişir, direktorlar dəyişir, şagirdlər dəyişir, partalar dəyişir, kompüterlər yenilənir, yeni məktəblər tikilir, amma təhsil düzəlmir ki, düzəlmir. Bu, Azərbaycanın ən böyük paradokslarından biridir. Hər şey dəyişir, amma heç nə dəyişmir.

Bir neçə ildir ki, Azərbaycanın təhsil sisteminə Emin Əmrullayev rəhbərlik edir. Cənab Əmrullayevin təhsilinə və iş karyerasına nəzər salanda adam düşünür ki, bu yaşda bu qədər təhsil və idarəçilik təcrübəsi hər kəsə nəsib olmur. Ancaq nəticəyə baxanda ortaya ciddi suallar çıxır.

Nazir müxtəlif platformalarda uzun-uzadı danışır, statistik rəqəmlər səsləndirir, proqramlardan, islahatlardan bəhs edir. Amma söhbətin sonunda yenə məlum olur ki, hansısa məktəbin direktoru pul yığıb, digəri məktəbdə qızıl satdırıb, başqası corab, kalqotka və ya başqa malların alveri ilə məşğul olub. Deməli, problem təkcə ayrı-ayrı direktorların davranışında deyil. Problem idarəetmə sistemindədir.

Belə çıxır ki, təhsil sistemini dəyişmək üçün təkcə diplomlar, sertifikatlar və beynəlxalq təcrübə kifayət etmir. Bu sahədə real idarəçilik, sərt nəzarət və köklü islahatlar lazımdır.

Bəziləri deyəcək ki, təhsil sistemində həbslərdən danışmaq ayıb səslənir. Doğrudan da, müəllimi, direktoru və ya təhsil işçisini cinayət ittihamı ilə qandallayıb aparmaq cəmiyyət üçün ağır mənzərədir. Ancaq sual yaranır: başqa çıxış yolu varmı? Əgər qanun pozuntusu varsa, ona hüquqi qiymət verilməlidirmi? Yoxsa bütün bunlar görməzlikdən gəlinməlidir?

Əsas sual isə başqadır.

Azərbaycan təhsilini kim düzəldə bilər?

Hansı addımlar atılmalıdır ki, şagird məktəbi həqiqətən elm ocağı hesab etsin, müəllim peşəsinin məsuliyyətini hiss etsin, direktor isə məktəbi ticarət məkanına yox, təhsil müəssisəsinə çevirsin?

Bəziləri hesab edir ki, çıxış yolu Emin Əmrullayevin dəyişdirilməsidir. Yaxşı, tutaq ki, dəyişdirildi. Bəs onu kim əvəz edəcək? Yeni gələn şəxs hansı mexanizmlərlə illərlə yığılıb qalmış problemləri həll edəcək? Təkcə bir şəxsin dəyişməsi kifayət edəcəkmi?

Mən hesab edirəm ki, Azərbaycanda təhsil sistemini tamamilə dəyişə biləcək peşəkar kadrlar var. Sadəcə, onlara imkan verilməlidir. Problemlər sistemlidir və onların həlli də sistemli yanaşma tələb edir.

Bu gün təhsil sistemi bir çox hallarda parçalanmış, həddindən artıq mərkəzləşdirilmiş və vətəndaş üçün əlçatmaz idarəetmə modelinə çevrilib. Hər hansı problemi araşdırmaq istəyəndə vətəndaşı bir qurumdan digərinə, oradan üçüncüsünə yönləndirirlər. Nəticədə insanlar bezir və şikayət etməkdən imtina edirlər. Belə bir idarəetmə modeli problemlərin həllinə yox, onların görünməz qalmasına xidmət edir.

Ölkənin Prezident Administrasiyası kimi böyük bir institutu var. Burada təhsil sahəsinə nəzarət edən məsul şəxslər də fəaliyyət göstərirlər. Onların kim olduqlarını və gündəlik hansı işləri gördüklərini bilmirəm. Ancaq düşünmək olar ki, onlar da təhsil sistemində baş verənləri görürlər. Məktəblərdə yaranan problemləri, cəmiyyətin narazılığını, müəllim və valideynlərin şikayətlərini görməmək mümkün deyil.

Təhsil sisteminin ən vacib istiqamətlərindən biri də peşə təhsilidir.

Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində peşə təhsili iqtisadiyyatın əsas sütunlarından biri hesab olunur. Çünki sənayeni, istehsalı, xidmət sektorunu və texnologiyanı peşəkar kadrlar ayaqda saxlayır.

Azərbaycanda isə bu sahənin potensialından hələ də lazımi səviyyədə istifadə olunduğunu söyləmək çətindir. Müxtəlif peşə istiqamətlərini dərindən bilməyən insanlar böyük bir idarədə toplaşıb Azərbaycanın gələcəyinə təsir edən sistemi idarə etməyə çalışırlar. Nəticə isə göz qabağındadır - Hər şey yalançı reklamda, hər şey sözdə, hər şey dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsində... Nəticə isə... SIFIR...

Bu gün məktəblərdə problemlər var.

Peşə təhsilində problemlər var.

Ali təhsildə də problemlər var.

Belə olan halda cəmiyyət haqlı olaraq sual verir:

Əgər nəticələr qənaətbəxş deyilsə, Emin Əmrullayev niyə hələ də təhsil naziri postunda qalmalıdır?

Onun bu vəzifədə qalmasını əsaslandıran arqumentlər hansılardır?

Bu suallar təkcə bir nazir haqqında deyil. Bu, Azərbaycanın gələcəyi, ölkənin insan kapitalı və təhsil siyasətinin effektivliyi ilə bağlı suallardır. Bu suallara cavab tapılmadıqca isə yeni məktəblər tikilsə də, yeni kompüterlər alınsa da, yeni proqramlar qəbul edilsə də, cəmiyyətin ən çox eşidəcəyi cümlə dəyişməyəcək:

Hər şey dəyişir, amma təhsil dəyişmir.

Ədil Hüseynov - bizimesr.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
• ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru